FACT-INFO.AZ » SİYASƏT » Qənirə Paşayeva: Azərbaycanın istəyi regionda dayanıqlı sülhün və sabitliyin təmin olunmasıdır
4-06-2023, 21:20 | SİYASƏT
Qənirə Paşayeva: Azərbaycanın istəyi regionda dayanıqlı sülhün və sabitliyin təmin olunmasıdır

Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Olaf Şolts arasında keçirilən qeyri-rəsmi görüş diqqət mərkəzində idi. Həmin görüş üçtərəfli formatda davam etdirildi. Yəni Makron və Şoltsun qısamüddətli iştirakından başqa, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi, Brüssel Sülh Gündəliyinin davam və inkişaf etdirilməsi bizim üçün daha vacibdir. Danışıqların harada keçirilməsindən asılı olmayaraq, nəticə ədalətli sülh sazişinin bağlanması olmalıdır. Kimsə hesab edirsə ki, Ermənistanla Azərbaycan arasındakı danışıqları öz maraqlarını gerçəkləşdirmək meydanına çevirə bilər, yanılır. Qeyri-sağlam yanaşmanın heç bir perspektivi olmayacaq. İstər Ermənistanı öz forpostu bilən, istər Ermənistanı “kiçik bacı” sanan, istərsə Ermənistanı özünə bağlamaq istəyənlər bilməlidir ki, Azərbaycan müşahidə edir, bilir, görür və bunlara qarşılıq tədbir görür, öz yolu ilə irəliləyir.

Bu fikirləri  Fact-info.az-a açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.

Komitə sədri bildirib ki, bu irəliləyişin yol xəritəsini Prezident İlham Əliyevin mayın 28-də Laçın rayonundan verdiyi ismarışlarında çox aydın görmək mümkündür. “Özü də bu ismarışların Azərbaycanın ən yaxın dostu Türkiyədə prezident seçkilərinin ikinci turu günü və Rəcəb Tayyib Ərdoğanın yenidən rəhbər seçildiyi gün verilməsi öz maraqlarından çıxış edənlər üçün aydın olmalıdır. Bölgə ilə bağlı istək, iddia və israrları olanlar öz hiss-həyəcanlarına çəki-düzən verməlidir. Şuşa Bəyannaməsini imzalamış Azərbaycanla Türkiyənin sarsılmaz qardaşlığından irəli gələn birlik bütün haqsızlıqlara meydan oxuyur. Əlbəttə, möhkəm duruşumuzu şərtləndirən ən böyük hadisə 44 günlük müharibədəki tarixi Zəfərimizdir. Regionda söz sahibi olan Azərbaycan öz mövqelərini möhkəmləndirməkdə davam edir. Müzəffər Ali Baş Komandanımız Laçında dediyi kimi, müstəqil Azərbaycan dövləti dünya miqyasında öz mövqelərini kifayət qədər möhkəmləndirib və istənilən nəticəni əldə etməyə qadirdir”.

Q.Paşayeva qeyd edib ki, kənardakılar nə düşünürlər düşünsünlər, Qarabağda, Şərqi Zəngəzurda sürətli, keyfiyyətli və irimiqyaslı tikinti-quruculuq işlərini Xankəndi və onun ətrafında məskunlaşmış bir ovuc erməni, həmçinin Ermənistan vətəndaşları yaxşı bilirlər. Ermənistanın işğalçılıq və terrorçuluq siyasətinin onların başına gətirdikləri oyunu yaxşı anlayırlar. Bir qədər sonra ermənilərin Azərbaycan kəndlərinə, şəhərlərinə iş üçün müraciət etməyə başlasalar, bu, heç də təəccüblü olmayacaq. Çünki hər şey göz qabağındadır. Ermənistan 30 il ərzində kəndləri, şəhərləri viran qoyub, infrastruktur ilə birlikdə təbiətə də böyük ziyan vurub. Azərbaycan isə cəmi iki il yarım ərzində artıq keçmiş köçkünləri öz doğma yurdlarına qaytarıb. Cari ilin sentyabr ayına qədər Zabux kəndi də tamamilə inşa edilərək zabuxluların sərəncamına veriləcək.

“Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, iqtisadi cəhətdən tam müstəqildir. Bu gün Azərbaycanla hesablaşırlar. Regional təhlükəsizlik və inkişaf məsələlərində ölkəmizin razılığı olmadan heç bir təşəbbüs həyata keçirilmir. Mühüm məqamlardan biri də son vaxtlar beynəlxalq təşkilatların bizim mövqeyimizlə razılaşmasıdır. Prezidentimizin vurğuladığı kimi, çünki bizim işimiz haqq işidir, çünki güclü siyasi iradəmiz var, güclü iqtisadi imkanlarımız var, qalib ordumuz var. Ona görə bu gün nə müstəqillikdən, nə muxtariyyətdən, nə başqa bir şeydən heç kim artıq söhbət açmır.

Bu il iyulun 21-də Brüsseldə növbəti yüksəksəviyyəli üçtərəfli görüş keçiriləcək. Brüssel görüşünədək isə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda növbəti görüşü keçiriləcək. İnanırıq ki, bu görüşlər normallaşma prosesini sürətləndirəcək, lazımi razılaşmalar əldə olunacaq. Azərbaycanın istəyi regionda dayanıqlı sülhün və sabitliyin təmin olunmasıdır”.




Baxış sayı: 213
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30