FACT-INFO.AZ » İQTİSADİYYAT » Zəngilanda Ekoloji məsələlər üzrə İşçi Qrupunun iclası keçirilib
2-06-2023, 21:45 | İQTİSADİYYAT
Zəngilanda Ekoloji məsələlər üzrə İşçi Qrupunun iclası keçirilib

Fact-info.az xəbər verir ki, iclasda İşçi Qrupda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri və Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin, Şuşa şəhəri Dövlət Qoruq İdarəsinin, Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları iştirak edib.

İşçi Qrupunun rəhbəri, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov Nazirlik tərəfindən Zəngilan və Qubadlı rayonları ərazisində həyata keçirilən ekoloji tədbirlər, o cümlədən meşəbərpa və yeni yaşıllıq sahələrinin salınması tədbirləri, xüsusi mühafizə olunan təbiət əraziləri, eləcə də Bəsitçay Dövlət Təbiət Qoruğunun fəaliyyətinin təşkili ilə bağlı həyata keçirilmiş tədbirlər, Qoruq ərazisində aparılmış çöl-tədqiqat işləri, flora və fauna növlərinin öyrənilməsi barədə qısa məlumat verib. Belə ki, məhv edilmiş yaşıllıqların bərpası məqsədilə həmin ərazilərin torpaq-iqlim şəraitinə uyğun ümumilikdə 160 hektara yaxın sahədə 124 000 ədəd ağac tingi əkilmiş (çinar, sərv, şam, göyrüş, dağdağan, qarağac, meliya, akasiya və s) və 3000 kq palıd və şərq çinarı toxumu səpilmişdir. Yeni salınmış yaşıllıqların suvarılmasının təmin edilməsi məqsədilə Zəngilan şəhərinin girişində 55 ha ərazidə damcılı suvarma sistemi qurulmuşdur və həmin yaşıllıqlara mütəmadi qaydada aqrotexniki xidmətlər göstərilir və suvarılması təmin olunur. Həmçinin, xüsusi mühafizə olunan təbiət ərazilərində infrastrukturun bərpası tədbirləri ilə yanaşı fauna növlərinin reintroduksiyası layihələri də həyata keçirilir. Bu məqsədlə Cəbrayıl rayonu ərazisinə buraxılmış 33 baş ceyranın hazırda izlənilməsi, monitorinqi aparılır. Bununla yanaşı Zəngilan, Qubadlı və Füzuli rayonlarının ərazisindən axan Bəsitçay, Həkəriçay, Köndələnçay və Bərgüşad çaylarına bu günədək 449 500 fərd, Suqovuşan və Xaçınçay su anbarlarına 450 min fərd qızılxallı forel və çəki cinsli (ağ amur, ağ qalın alın) balıq körpələri (ümumilikdə 900 minə qədər) buraxılmışdır. Nazirlik tərəfindən bu layihələrin davamlı olaraq həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev öz təbiəti və əlverişli coğrafi mövqeyi ilə seçilən Zəngilan rayonunun həm də iqtisadi cəhətdən, o cümlədən mədən sənayesi, kənd təsərrüfatı, logistika, alternativ enerji, turizm sahələrinin inkişafı üçün geniş imkanlara malik bir ərazi olduğunu qeyd edib. Həmçinin həyata keçirilən infrastruktur layihələrinin, yenidən salınacaq şəhər, qəsəbə və kəndlərin konseptual əsasını ”rahat yaşayış”, ”yaşıl və təmiz”, “mütərəqqi innovasiyalar” kimi yanaşmaların təşkil etdiyi və ekoloji məsələlərə xüsusi diqqət yetirildiyi qeyd olundu. Bununla yanaşı nümayəndəliyin ərazisində tikinti-söküntü tullantılarının səmərəli idarə olunması, karxanaların istismarı zamanı ətraf mühitin mühafizəsi məsələləri və son günlərdə aktuallaşan sel və daşqınların təbiətə, infrastruktur obyektlərinə, kənd təsərrüfatı sahələrinə təsirlərinin minimuma endirmək üçün qabaqlayıcı tədbirlərin, erkən xəbərdarlıq sisteminin tətbiqinin vacibliyi vurğulanıb.




Baxış sayı: 192
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30