Fact-info.az xəbər verir ki, bu fikir Gürcüstan Prezidenti Salome Zurabişvilinin Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda yer alıb.
O, Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə Gürcüstan xalqı adından və şəxsən öz adından səmimi təbriklərini çatdırıb: "Xalqlarımız arasındakı güclü dostluq əlaqələri ortaq tariximizə əsaslanır. 105 il bundan əvvəl hər iki ölkə demək olar ki, eyni zamanda öz müstəqilliklərini elan etmişdir. O zamandan etibarən bizim mehriban qonşuluq, qardaşlıq münasibətlərimiz davamlı şəkildə güclənərək, dövlətlərimiz arasında möhkəm strateji tərəfdaşlıq mərhələsinə qədəm qoymuşdur. Bu gün Gürcüstan Azərbaycan Respublikası ilə strateji tərəfdaşlığı daha da dərinləşdirməyə və möhkəmləndirməyə xüsusi önəm verir. Zati-aliləri, Sizə dərin hörmətimi bir daha bildirir, fəaliyyətinizdə uğurlar diləyir, dost Azərbaycan xalqına isə sülh, cansağlığı və firavanlıq arzu edirəm".
Baxış sayı: 157
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

