FACT-INFO.AZ » XƏBƏR » “Bir cüdo əfsanəsi” kitabının təqdimat mərasimi keçirilib
1-06-2023, 17:10 | XƏBƏR
“Bir cüdo əfsanəsi” kitabının təqdimat mərasimi keçirilib

İdeyası Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü, veteran ustalar arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalibi və mükafatçısı, “Judo Club 2012” idman klubunun təsisçisi Azər Əsgərova məxsus olan kitabın müəllifi Əməkdar jurnalist Elşən Əliyev, məsləhətçisi Əməkdar mədəniyyət işçisi Xanlar Məmmədov, redaktoru Əməkdar jurnalist Yusif Rzayevdir. Kitab “CBS polygraphic production” mətbəəsində yüksək poliqrafik keyfiyyətlə 500 nüsxə tirajla çap olunub. Onu da qeyd edək ki, “Bir cüdo əfsanəsi” “Azman Holdinq”in dəstəyi ilə işıq üzü görən ikinci kitabdır. Bundan əvvəl şirkətin hərtərəfli dəstəyi ilə şəhid polkovnik-leytenant, əfsanəvi kəşfiyyatçı Raquf Orucovun həyat və döyüş yolundan bəhs edən “Murov qartalı” kitabı nəşr olunub. 

“Azman Holdinq”in Media və ictimaiyyətlə əlaqələr üzrə meneceri Xanlar Məmmədov açaraq kitabın Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində və  Heydər Əliyev İlində nəşr edilməsinin əlamətdar olduğunu vurğulayıb. Ulu Öndərin Azərbaycanda idmana və idmançılara daim diqqət və qayğı göstərdiyi minnətdarlıq hissi ilə xatırlanıb, respublikamızda cüdo idman növünün də məhz onun siyasi hakimiyyətdə olduğu dövrdə yarandığı bildirilib. Diqqətə çatdırılıb ki, ötən il Azərbaycanda cüdonun kütləvi idman növü kimi təşəkkül tapmasının 50-ci ildönümünün qeyd olunduğu vaxtda Tərlan Həsənovun da 80 illik yubileyi keçirilib.  Görkəmli müəllim-məşqçinin Azərbaycan idmanının inkişafındakı xidmətlərini Prezident İlham Əliyev yüksək qiymətləndirib, onu “Şöhrət” ordeninə layiq görüb.

Qeyd olunub ki, Tərlan Həsənov ölkəmizdə cüdo üzrə müəllimlərin müəllimi hesab edilir. Nəşrin ideya müəllifi, özü də Tərlan müəllimin yetirməsi olan Azər Əsgərov kitaba yazdığı ön sözdə ustadını Azərbaycanda cüdonun canlı əfsanəi adlandıraraq, onun yaratdığı məktəbin ənənlərini yaşatmağın və nəsillərdən-nəsillərə ötürməyin vacibliyini göstərib.

Təqdimat mərasimində çıxış edən müəllif Elşən Əliyev  deyib ki, Tərlan Həsənovun ömür yolu və idman karyerası indiki və gələcək nəsillər üçün örnəkdir. Tərlan müəllimin kitabın təkcə qəhrəmanı deyil, həm də əsas müəllifi olduğunu vurğulayan müəllif onun fenomenal yaddaş sahibi kimi səciyyələndirib, bunun yaradıcılıq prosesini əhəmiyyətli dərəcədə asanlaşdırdığını bildirib. 

Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini Adil Əliyev, Azərbaycan Cüdo Federasiyası prezidentinin müşaviri Natiq Bağırov, Tərlan Həsənovun yetirmələri – tanınmış idman xadimləri Ağayar Axundzadə, Elçin İsmayılov, Əfqanıstan və Qarabağ müharibələrinin veteranı Tərlan Eyvazov və başqaları çıxış edərək, kitabın qəhrəmanı haqqında xatirələrini bölüşüb, onun və yetirmələrinin ölkəmizin ictimai və idman həyatında fəal rolundan bəhs edib, belə dəyərli bir kitabın hazırlanmasında xidməti olanlara təşəkkür bildiriblər.

Tədqimat mərasimində Azərbaycan Respublikası Gənclər və İdman Nazirlyinin, Azərbaycan Cüdo Federasiyasının, idman ictimaiyyətinin nümayəndələri, Tərlan Həsənovun yetirmələri və ailə üzvləri iştirak ediblər. 




Baxış sayı: 193
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30