FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Astanada Türk dünyasının ortaq əlifbası komissiyasının ilk iclası keçirilib
1-06-2023, 08:35 | MƏDƏNİYYƏT
Astanada Türk dünyasının ortaq əlifbası komissiyasının ilk iclası keçirilib

Fact-info.az xəbər verir ki, iclasda Komissiyanın üzvləri, türk ölkələrinin dilçilik elmi-tədqiqat institutlarının əməkdaşları, eləcə də digər ixtisaslaşmış mütəxəssislər iştirak ediblər.

2021-ci ildə TDT Dövlət Başçılarının VIII Zirvə Toplantısında qəbul edilmiş “Türk Dünyasına Baxış – 2040” strateji sənədində qeyd olunur ki, qarşıya qoyulan vəzifələrdən biri də üzv dövlətlər arasında daha səmərəli ünsiyyətin təmin edilməsi üçün əlifba və terminologiyada birliyə nail olmaqdır.

Türk Akademiyasının prezidenti Şain Mustafayev forum iştirakçılarına ünvanladığı salamlama nitqində qeyd edib ki, türk xalqlarının latın qrafikası əsasında ortaq əlifbaya keçidi məsələsi ilk dəfə 100 il əvvəl Bakı şəhərində keçirilən I Türkoloji Qurultayda müzakirə olunub.
Onun sözlərinə görə, 1991-ci ildə isə türk dövlətlərinin müstəqillik əldə etməsi ilə çoxdankı təşəbbüs yenidən gündəmə gəlib.

İclasda Dilçilik İnstitutunun baş direktoru professor Nadir Məmmədli “Ortaq türk əlifbası” mövzusunda məruzə edib. Professor bildirib ki, Azərbaycanın dil siyasəti Azərbaycan dövlətçilik tarixinin ən önəmli qoludur. Ümumi kökə və mədəniyyətə sahib olan türk xalqlarının bir-biri ilə sürətli inteqrasiya proseslərinin getdiyi müasir mərhələdə bu xalqların ortaq əlifbasının olmasının müstəsna əhəmiyyəti vardır. Hər bir ədəbi dilin inkişafında əlifba əsas rol oynayır,  yazılı ədəbi dillər əlifba vasitəsilə yüksək tərəqqiyə ucala bilir. Şübhəsiz ki, yaradılan ümumtürk ədəbi dilinin formalaşması və inkişafında da türk xalqları üçün ortaq əlifba xüsusi əhəmiyyət kəsb edir. Nadir Məmmədli qeyd edib ki, latın qrafikası əsasında ortaq əlifbanın yaradılması türkdilli xalqların tarixini, ədəbiyyat və mədəniyyətini, foklorunu, adət-ənənələrini öyrənməkdə, təbliğ etməkdə böyük rol oynayacaq. Türk dünyası üçün son dərəcə zəruri olan bu problemin həlli bütün ziyalıların, o cümlədən xüsusi olaraq türkoloqların qarşısında təxirəsalınmaz bir vəzifə kimi durmaqdadır.

Türk Dilçilik Cəmiyyətinin vitse-prezidenti Yüksel Özgen qeyd edib ki, əlifba birliyi türk xalqlarını daha da yaxınlaşdıracaq.

Qeyd edək ki, Türk Dilçilik Cəmiyyətinin prezidenti Osman Mert isə qədim dövrlərdə əcdadlarımızın yüksək yazılı mədəniyyətə malik olduğunu və bu gün müstəqil dövlətlərin bu ənənəni davam etdirmək qismətinə nail olduqlarını xatırladıb.

Türk Akademiyasının prezidenti Şain Mustafayevin keçirdiyi dördüncü sessiyada iclasın yekun sənədləri qəbul edilib.




Baxış sayı: 196
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30