FACT-INFO.AZ » SİYASƏT » İsrail Prezidentinin Azərbaycana səfəri ikitərəfli münasibətləri yeni müstəviyə daşıyacaq
31-05-2023, 21:40 | SİYASƏT
İsrail Prezidentinin Azərbaycana səfəri ikitərəfli münasibətləri yeni müstəviyə daşıyacaq

 Azərbaycan balanslaşdırılmış xarici siyasət yürütməklə həm də dünyada sülhə və təhlükəsizliyə mühüm töhfələr verir. Bu istiqamətdə Azərbaycanın təcrübəsi nadir nümunə hesab olunur. Bu gün dünyada Azərbaycanla səmimi münasibətlər quran, səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinə üstünlük verən dövlətlərdən biri də İsraildir. Əminliklə deyə bilərik ki, iki ölkə arasında münasibətlər hər zaman müsbət istiqamətdə inkişaf edib. İsrail daim Azərbaycanla həmrəy olub, istər 44 günlük Vətən müharibəsi dövründə, istərsə də Şərqi Zəngəzurun və Qarabağın bərpasında öz dəstəyini əsirgəməyib”.

Bu fikirləri  Fact-info.az-a açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

“Vətən müharibəsindən sonra qazilərimizin müalicəsində israilli həkimlərin fədakarlığını xüsusi qeyd etmək lazımdır. İsraildən gələn həkimlər bütün əməliyyatları və sonrakı müalicələri təmənnasız həyata keçirdilər, 150-dən çox azərbaycanlı qaziyə şəfa verdilər. İqtisadi münasibətlərə gəldikdə bu sahədə də iki ölkə arasında dinamizm müşahidə olunur. Statistikaya əsasən, təkcə bu ilin ilk dörd ayı ərzində ticarət dövriyyəsi yarım milyard dolları keçib. Bu isə 2022-ci ilin eyni dövrü ilə müqayisədə 33,5 faiz artım deməkdir. Həmçinin İsrailin əsas neft tədarükçüsü olan Azərbaycan bu ölkənin neftə olan tələbatının 40 faizini ödəyir. Bu da, təbii ki, yüksək göstəricidir. Aqrar, enerji, turizm və sair sahələrdə də əməkdaşlıq xeyli yüksəkdir”, - deyə AHİK sədri bildirib.

Onun sözlərinə görə, son illər Azərbaycanla İsrail arasında təşkil olunan qarşılıqlı səfərlər, ikitərəfli əlaqələrin bütün sahələrdə daha da genişləndirilməsi istiqamətində görülən işlər və həyata keçirilən layihələr, eləcə də ölkəmizin Təl-Əvivdə səfirliyinin açılması münasibətlərimizi yeni müstəviyə daşıyıb, ölkələrimizi biri-birinə daha da yaxınlaşdırıb. Mayın 30-da İsrail Prezidenti İsxak Hersoqun ölkəmizə rəsmi səfəri, Prezident İlham Əliyevlə keçirdiyi təkbətək və geniş tərkibdə görüşləri, səhiyyə sahəsində imzalanan sənəd iki ölkə arasında əməkdaşlığın yeni perspektivlərinin müəyyən edilməsi baxımdan son dərəcə önəmlidir. Dövlət başçıları mətbuata bəyanatla çıxışları zamanı da bu məsələyə toxundular. Xüsusən ticarət dövriyyəsinin şaxələndirilməsi, enerji sahəsinin genişləndirilməsi, kibertəhlükəsizlik sahəsidə təcrübənin öyrənilməsi əməkdaşlığın gələcək inkişafında aktual olan mövzulardır. Həmçinin dövlətimizin başçısı müdafiə sənayesi sahəsində əməkdaşlıqdan məmnunluğunu ifadə etdi. Bildiyimiz kimi, Azərbaycan özü müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal edir. Bununla yanaşı, silah və hərbi texnikaların satın alınması və hərbi məhsulların istehsalına dair bir sıra ölkələrlə, o cümlədən İsraillə əməkdaşlıq əlaqələri mövcuddur. Təbii ki, bu, Ordumuzun zəruri silah, sursat və texnika ilə təchizi, müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması üçün əlavə imkanlar yaradır.

“Prezident İlham Əliyev çıxışında ölkəmizdə yaşayan yəhudi icmasının üzvlərinin dövlətimizin inkişafına verdiyi töhfələrdən də bəhs etdi. Uzun illərdir bu xalqın nümayəndələri Azərbaycanda sülh və dostluq şəraitində yaşayırlar, buranı özlərinə vətən bilirlər. Həm Birinci Qarabağ, həm də 44 günlük Vətən müharibəsində onlar öz qəhrəmanlıqları ilə yadda qaldılar. Həmçinin ölkəmizin hərtərəfli inkişafında yəhudi icması üzvlərinin xidmətlər danılmazdır. Yeri gəlmişkən, Azərbaycan-İsrail münasibətlərinin bu səviyyəyə yüksəlməsində həm ölkəmizdə olan yəhudi icmasının, həm də dost ölkədə yaşayan azərbaycanlıların böyük əməyi olub”, - deyə Səttar Möhbalıyev vurğulayıb.

Milli Məclisin deputatı əlavə edib ki, İsrail Prezidenti İsxak Hersoqun Azərbaycana bu səfəri əlaqələrimizin dinamik inkişafına yeni təkan verəcək, iki ölkə arasında dostluq münasibətlərini daha da möhkəmləndirəcək.




Baxış sayı: 167
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30