Fact-info.az ABŞ Dövlət Departamentinin saytına istinadla xəbər verir ki, bu fikirlər mətbuat katibi Metyu Millerin yaydığı bəyanatda qeyd olunub.
Sənəddə qeyd edilib ki, Ermənistan və Azərbaycan liderləri bu həftənin sonunda Kişineuda avropalı tərəfdaşları ilə görüşəcək: “ABŞ dövlət katibi Entoni Blinkenin dediyi kimi, Cənubi Qafqazda sülhə nail olmaq olar. Ermənistan və Azərbaycan liderləri bu həftənin sonunda Kişineuda avropalı tərəfdaşlarımızla görüşəcəklər. Ümid edirik ki, bu məsələlərin həlli üçün zorakılıq yolu ilə deyil, masa arxasında məhsuldar danışıqlarla olacaq.
Aqressiv ritorika yalnız keçmişin zorakılığını davam etdirə bilər. Konstruktiv dialoq sülh, imkan və ümid yarada bilər. Birləşmiş Ştatlar bölgədə davamlı və qalıcı sülh sazişinin bağlanması üçün hər iki tərəfin səylərini dəstəkləməyə hazırdır”.
Baxış sayı: 222
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

