Sözügedən rayonların icra hakimiyyətlərinin və aidiyyəti təşkilatlarının məsul şəxslərinin iştirakı ilə keçirilən müşavirələrdə Xəzər dənizinin Sabunçu və Xəzər rayonları sahillərində Fövqəladə Hallar Nazirliyi tərəfindən təhlükəsizliyin təmin edilməsi məqsədilə keçirilmiş monitorinqin nəticələri fotoslaydların müşayiəti ilə təqdim olunub, aşkar olunmuş nöqsanlar barədə geniş məlumat verilib.
Tədbirlərdə monitorinqin nəticələri müzakirə edilib, qarşıda duran vəzifələrdən danışılıb. Müşavirələrdə, həmçinin yay mövsümündə çimərliklərdə vətəndaşların təhlükəsizliyinin təmin olunması qaydaları, maarifləndirmə işinin vəziyyəti, həyata keçirilən təhlükəsizlik tədbirləri ilə bağlı da məlumat verilib, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.
Sonda “Su hövzələrində təhlükəsizlik və davranış qaydaları”na dair videoçarx nümayiş etdirilib.
Baxış sayı: 253
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

