FACT-INFO.AZ » MƏDƏNİYYƏT » UNESCO-nun Dünya Yaddaşının Beynəlxalq Reyestrinə daha 64 nümunə daxil edilib
25-05-2023, 12:25 | MƏDƏNİYYƏT
UNESCO-nun Dünya Yaddaşının Beynəlxalq Reyestrinə daha 64 nümunə daxil edilib

Fact-info.az  təşkilatın rəsmi saytına istinadla xəbər verir ki, reyestrə daxil edilən yeni nümunələr arasında Azərbaycan və türk tarixinə aid irs əsərləri və sənədlər də var. Onların arasında “Xurşidbanu Natəvanın “Gül dəftəri” – illüstrasiyalı şeirlər albomu”, Qacarlar hakimiyyəti dövründə beynəlxalq münasibətlərə dair sənədlər, Şeyx Səfiəddin Ərdəbili türbəsinin kitabları, türkmən, qırğız və özbək xalqlarının əlyazma və qədim irs yadigarları da var.

Yeni qərarla bağlı fikirlərini ifadə edən UNESCO-nun baş direktoru Odri Azulay deyib: “Sənədli irs bəşəriyyətin ümumi yaddaşıdır. Yazılı və səsli irs nümunələri tədqiqat məqsədləri üçün qorunmalı və mümkün qədər çox insanla paylaşılmalıdır. Bu sənədlər bizim kollektiv tariximizin tərkib hissəsidir”.

UNESCO tərəfindən 1992-ci ildən həyata keçirilən “Dünya yaddaşı” proqramının əsas məqsədi kağız üzərində, audiovizual, rəqəmsal və ya hər hansı digər formada mühüm və böyük dəyərə malik sənədlər və ya sənədlər kolleksiyalarının geri qaytarıla bilməyən itkisinin qarşısını almaqdır. Təşkilata üzv ölkələr arasında 2017-ci ildə yaranmış fikir ayrılığı səbəbindən Dünya Yaddaşının Beynəlxalq Reyestrinə sənədlərin daxil edilməsi prosesi dayandırılmışdı və bu il mayın 24-də UNESCO İcraiyyə Şurasının qərarı ilə altı il davam edən fasilədən sonra reyestrə 64 sənəd salınıb. Bunu alqışlayan təşkilatın baş direktoru Odri Azulay qeyd edib ki, üzv ölkələr bu prosesə böyük maraq göstərib. Belə ki, 56 ölkə və təşkilatın bu yeni əlavələri ilə indi reyestrdə dünyanın bütün regionlarından 494 sənədli irs kolleksiyası var. Daşdan sellüloidə, perqamentdən metal disklərə qədər müxtəlif formalarda saxlanılan bu ümumbəşəri dəyərə malik simvolik irs nümunələri indi gələcək nəsillər üçün qorunur.

UNESCO bildirir ki, sənədli irs nümunələri bütün dünyada təhlükə altındadır. Dünyanın bir çox yerlərində, xüsusən də inkişaf etməkdə olan ölkələrdə sənədli arxivlər bərbad vəziyyətdədir. Daşqınlar və yanğınlar illər ərzində minlərlə kağız qeydləri məhv edib, audiovizual materiallar yoxa çıxıb. Maqnit lentləri zaman keçdikcə pisləşir və onları oynada bilən cihazlar sıradan çıxır. Bu materialları qorumaq və rəqəmsallaşdırmaq üçün kollektiv səylərə ehtiyac duyulur, əks halda, onlar həmişəlik itirilə bilər. UNESCO bu məqsədlə Afrika ölkələrində kitabxanalara, arxivlərə və muzeylərə dəstək verir.

Son üç onillikdə UNESCO 94 ölkədə “Dünya yaddaşı” proqramı çərçivəsində milli komitələr yaradıb. Təşkilat ötən ilin əvvəlindən sənədli irsin inventarlaşdırılması, qorunması və hamı üçün əlçatan olmasını təmin etmək üçün 40-a yaxın ölkəyə kömək edib.




Baxış sayı: 200
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30