Fact-info.az xəbər verir ki, bu barədə Ukrayna prezident administrasiyası rəhbərinin müşaviri Mixail Podolyak İtaliyanın “Rai” telekanalına müsahibəsində bildirib.
O deyib ki, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı bir neçə gündür ki, davam edir.
"Artıq bir neçə gündür əks-hücum gedir, sərhədin 1500 kilometrliyində gərgin müharibə gedir, hücumlar artıq başlayıb", - Podolyak bildirib.
Podolyak Ukraynanın Rusiya ərazisinə qarşı Qərb silahlarından istifadə etməyəcəyini, lakin Krımı və Donbası azad etmək üçün Rusiya ordusuna qarşı bu silahlardan istifadə ediləcəyini vurğulayıb.
"Biz Rusiya ərazisini vurmaq istəmirik, sizin verdiyiniz silahlardan Moskvanın işğal etdiyi ərazilərdə, həmçinin Donbas və Krımdakı Rusiya mövqelərini məhv etmək üçün istifadə edəcəyik", - Podolyak deyib.
Baxış sayı: 185
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex
Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia
UN Human Rights Council adopts resolution on landmines promoted by Azerbaijan
Foreign Ministry: Azerbaijani captain killed, one missing in drone attack on cargo ship in Black Sea

