Fact-info.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib. Millil Məclis üzvünün fikirincə, Azərbaycan Prezidenti İlham Əliyevin Litvaya səfəri ölkələr arasında yeni səhifənin açılması kimi xarakterizə olunur. Ölkələr arasında enerji sahəsində yeni əməkdaşlığın formalaşacağı gözlənilir. Hər iki dövlət başçılarının iştirakı ilə keçirilən Azərbaycan-Litva biznes forumunda da məhz strateji əlaqələr kontekstində Avropa İttifaqı ilə ölkəmiz arasındakı enerji əməkdaşlığı xüsusi müzakirə olunub. Səfər zamanı yaşıl enerji sahəsində Azərbaycan ilə Avropa arasında əməkdaşlığın qurulması da müzakirə edilən məsələlərdən idi. Prezident İlham Əliyevin Litvaya səfəri zamanı çox şaxəli məsələlərin müzakirəsi ondan xəbər verir ki, iki ölkə arasındakı münasibətlər strateji əhəmiyyət daşıyır. Qarşılıqlı münasibətlər isə növbəti mərhələdə daha da dərinləşəcək.
Baxış sayı: 281
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

