FACT-INFO.AZ » XƏBƏR » Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Ermənistan XİN rəhbəri müavininin həqiqətdən uzaq fikirlərinə münasibət bildirib
24-05-2023, 09:20 | XƏBƏR
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Ermənistan XİN rəhbəri müavininin həqiqətdən uzaq fikirlərinə münasibət bildirib

Fact-info.az-ın məlumatına görə, bu fikirləri Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev Nyu-Yorkda İsveçrənin sədrliyi ilə çağrılan Təşkilatın Təhlükəsizlik Şurasının “Silahlı münaqişələrdə mülki əhalinin müdafiəsi” mövzusuna həsr olunmuş çıxışı zamanı deyib.

Səfir bildirib ki, bu vəhşiliklərin miqyasını münaqişə ilə bağlı itkin düşmüş 4 minə yaxın Azərbaycan vətəndaşı, o cümlədən Ermənistanın taleyinə aydınlıq gətirməkdən çəkindiyi 719 mülki şəxs də sübut edir.

“Azərbaycanlı əsirlərin əksəriyyəti döyülüb, şikəst edilib, aclıq və təhqir kimi ağır işgəncələrə məruz qalıb. Ermənistan tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş çoxsaylı vəhşiliklərin günahkarları beynəlxalq hüquqa açıq-aşkar məhəl qoymadan cəzasız qalmağa davam edirlər”, - deyə o bildirib.

Yaşar Əliyevin sözlərinə görə, münaqişə zamanı Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini pozaraq mülki əhalini və mülki infrastrukturı hədəf alıb.

Səfir münaqişənin sona çatmasına baxmayaraq, Ermənistanın hələ də Azərbaycan ərazisinə yerləşdirdiyi minalar haqqında məlumat vermədiyini diqqətə çatdırıb.

Diplomat Ermənistanın xarici işlər nazirinin müavininin çıxışı zamanı verdiyi yalan bəyanata da aydınlıq gətirib:

"Həmin bəyanatda Laçın-Xankəndi yolunun "blokadası", Azərbaycanın Qarabağ iqtisadi rayonunda elektrik enerjisi və təbii qazın kəsilməsi və etnik təmizləmə, "soyqırımı niyyəti" ilə bağlı iddialar açıq-aşkar yalan və təxribat xarakterlidir. Azərbaycan heç vaxt sakinlərin yolda sərbəst hərəkətə, eləcə də, ərzaq, dərman və digər humanitar məqsədlər üçün istifadəyə və Beynəlxalq Qızıl Xaç Komitəsinin çıxışına əngəl yaratmayıb. Ermənistanın bu kimi yalanlarını ifşa edən çoxsaylı sənədləşdirilmiş sübutlar da təsdiqləyir.

Sərhəd-keçid məntəqəsinin yaradılmasına gəlincə, bu, hər hansı digər dövlətin öz sərhədlərini qorumaq və müdafiə etmək və sərhəd nəzarətini qurmaq hüququ kimi Azərbaycan Respublikasının danılmaz suveren hüququdur. Bu hüquq ərazi suverenliyi və bütövlüyünün təməl prinsiplərinə və Azərbaycanın yol boyu hərəkət edən şəxslərin, nəqliyyat vasitələrinin və yüklərin təhlükəsizliyinə təminat vermək vəzifəsinə əsaslanır. Təhlükəsizlik Şurası dəfələrlə təsdiqləyib ki, ölkələrin sərhədlərinin təhlükəsizliyi üzv dövlətlərin suveren səlahiyyətidir. Ermənistan anlamalıdır ki, dezinformasiya sülh, sabitlik və barışıq məqsədlərini sarsıdır", - daimi nümayəndə vurğulayıb.




Baxış sayı: 198
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30