Fact-info.az xəbər verir ki, tədbiri açan Azərbaycan Mətbuat Şurasının sədri, Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid kitab haqqında məlumat verərək bildirib ki, Ağdamla bağlı yazılanların olduqca böyük önəmi var. Kitaba Vahid Qazinin "Ruhlar şəhəri" kitabındakı Ağdam yazıları və həmin silsilənin davamı olan esse, məqalə və qeydləri, başqa müəlliflərin yazı, məktub və rəyləri daxildir.
Kitabın ön sözünün müəllifi, Xalq şairi Ramiz Rövşən çıxışında Ağdamla bağlı xatirələrindən söz açıb açaraq deyib ki, kitabı oxuduqca o Ağdamı hiss edirsən, o Ağdamı görürsən. Mən Vahidi bu gözəl kitaba görə təbrik edir, ona təşəkkürümü bildirirəm.
Professor Rafiq Əliyev V. Qazinin yaradıcılığı haqqında fikirlərini tədbir iştirakçıları ilə bölüşüb. O, müəllifin əsərlərinin ingilis dilində çap olunmasının önəmini vurğulayaraq qeyd edib ki, belə əsərlərin ingiliscə nəşri dünyaya çıxış deməkdir.
Baxış sayı: 198
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

