FACT-INFO.AZ » SİYASƏT » Günnüt əməliyyatı Qələbəyə gedən yolda ən önəmli mərhələlərdən biri idi
20-05-2023, 21:40 | SİYASƏT
Günnüt əməliyyatı Qələbəyə gedən yolda ən önəmli mərhələlərdən biri idi

Fact-info,az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, Günnüt əməliyyatı 44 günlük Vətən müharibəsində Qələbəyə gedən yolda ən önəmli mərhələlərdən biridir. “Döyüş meydanında uzun sürən sükutdan sonra Azərbaycan Ordusu Ermənistanın davamlı təxribatlarına cavab verməyə məcbur oldu. 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə düşmən hücumunun qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində təxirəsalınmaz cavab tədbirləri həyata keçirildi. Dördgünlük müharibə zamanı Ordumuz Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini azad etdi, Füzuli rayonu istiqamətində yerləşən Lələtəpə yüksəkliyinə nəzarəti ələ keçirdi. Nəticədə Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılması təmin edildi.

“Beləliklə, Aprel döyüşləri Vətən müharibəsində şanlı Zəfərimizin ilk başlanğıcı kimi tarixə yazıldı. Azərbaycan Ordusu bu döyüşlərdə itki versə də, öz gücünü düşmənə göstərdi. Bundan cəmi iki il sonra 2018-ci ilin may ayında həyata keçirilən Günnüt əməliyyatı isə Zəfərimizə gedən yolda ikinci başlanğıc idi. Ordumuz yalnız bir nəfər şəhid verməklə mühüm strateji yüksəklikləri ələ keçirdi. Bu yüksəkliklərin geri qaytarılması Ermənistan silahlı qüvvələrinin üzbəüz mövqelərinin əhəmiyyətini azaltdı.

İyirmi altı il işğal altında olan Şərur rayonunun Günnüt kəndi, Ağbulaq yüksəkliyi, Qızılqaya və Qaraqaya dağı, Dərələyəz mahalının Arpa kəndi azad olundu. Ümumilikdə 11 min hektar ərazi düşmən tapdağından xilas edildi. Günnüt əməliyyatı ordumuzun manevr qabiliyyətinə malik olduğunu, peşəkarlığını nümayiş etdirdi”, - deyə Ceyhun Məmmədov vurğulayıb.

“Azərbaycan Günnüt əməliyyatı ilə Ermənistana ciddi xəbərdarlıq etsə də, düşmən bundan dərs almadı. Nəticədə Azərbaycan Ordusu son olaraq öz gücünü 44 günlük Vətən müharibəsində düşmənə bir daha göstərdi. Ermənistan da daxil olmaqla bütün dünya Azərbaycan dövlətinin, xalqının və Ordusunun gücünü gördü. Möhtəşəm Qarabağ Zəfəri Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğunun uğurla davam etdirilməsinin nəticəsidir. Prezident İlham Əliyevin yüksək diqqəti və qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü orduları sırasındadır və daha möhkəmləndirilir. Güclü ordusu olan ölkə basılmaz”, - deyən deputat fikirlərini yekunlaşdırıb.




Baxış sayı: 197
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30