Fact-info.az xəbər verir ki, bunu “CNN International”ın aparıcısı Becky Andersonun suallarını cavablandıran Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O, indiyədək 15 seçkidə qələbə qazandığını xatırladıb.
Rəcəb Tayyib Ərdoğan bildirib ki, hazırda Suriyanın şimalında evlər tikilməkdədir: “Bu evlər niyə tikilir? Türkiyədəki qaçqınların öz torpaqlarına qayıtması üçün, bu proses artıq başlayıb. İndi biz yeni bir addım atırıq. Hətta 1 milyona yaxın qaçqının öz torpaqlarına qayıtması üçün Suriyada ev inşası ilə bağlı bəzi layihələr hazırladıq. Bunlar gözəl layihələrdir. Bu layihələrlə suriyalı qaçqınların geri qayıtmasını təmin edəcəyik”.
“Yenidən seçilsəniz könüllü qayıtmaq istəyən qaçqınların ən azı 1 milyonunun müəyyən bir dövrdə geri qayıda biləcəyini söyləyirsiniz?” sualına cavabında isə Ərdoğan bildirib ki, bəlkə də bu rəqəm daha çox olacaq. Çünki hazırda oradakı infrastruktura yatırılan sərmayələr deməyə əsas verir ki, bu rəqəm çox ola bilər. Layihəni elə hazırlamışıq ki, insanlar öz torpaqlarına sevə-sevə qayıtsınlar.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən prezident seçiləcəyi təqdirdə üçüncü dəfə namizəd olmayacağını söyləyib.
Baxış sayı: 207
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

