QMİ-nin mətbuat xidmətindən Fact-info.az-a verilən xəbərə görə, QMİ sədri RF Rusiya müsəlmanları Mərkəzi Ruhani İdarəsinin sədri, şeyx Talqat Tacuddin, Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin sədri, şeyx Ravil Qaynutdin, Moskva şəhərinin müftisi Albir Krqanov, Fələstin dövlətinin Qazil-Qüzatı Məhəmməd Əl-Həbbaş, Beynəlxalq İslam Xeyriyyə Cəmiyyətinin sədri Abdulla Əl-Mətuq və bir sıra digər şəxsiyyətlərlə görüşərək ikitərəfli əlaqələrin inkişaf məsələlərini müzakirə edib.
Forum çərçivəsində Şeyxülislam Allahşükür Paşazadənin Moskva və Bütün Rusiyanın Patriarxı Kiril ilə ikitərəfli görüşü keçirilib.
Patriarx Kiril Şeyxülislam Allahşükür Paşazadənin müasir İslam tarixinin görkəmli dini lideri, beynəlxalq müstəvidə böyük nüfuza sahib olduğunu vurğuladı. Qeyd etdi ki, şeyx cənablarına xas olan müdriklik, cəsarət və məsələlərə çevik yanaşma qabiliyyəti onu digərlərindən fərqləndirən mühüm insani xüsusiyyətlərdəndir:
Baxış sayı: 176
Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region
Foreign Ministry: We call on France to refrain from groundless and biased allegations against Azerbaijan
Participants of international conference visit Khojaly Genocide Memorial
Diplomatic corps representatives visit Shusha
BCAW2026 features roundtable on climate financing

