Fact-info.az-ın məlumatına görə, bunu Trend-ə açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib.
O bildirib ki, Ermənistanın siyasəti bir neçə istiqamətlidir:
"Ermənistan hərbi-siyasi məsələlərlə bağlı həm Rusiya, həm Qərblə bir sıra müstəvilərdə əməkdaşlıq və müttəfiqlik formatında fəaliyyət göstərir. 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə də aparlılan danışıqlar, müəyyən razılaşmalar daim Ermənistan tərəfindən pozulub. Bu addımları Ermənistan məqsədli şəkildə həyata keçirir. Bunun əsas səbbələrindən biri də sülh razılaşması müddətinin maksimum uzadılmasına nail olmaqdır. O ki qaldı bu hadisələrin sülh danışıqlarına təsirinə, Azərbaycan dövləti də bu məsələdə konkret fikirlərini bildirib. Düşünürəm ki, bu cür hadisələr Azərbaycanı daha sərt mövqe nümayiş etdirməyə sövq edəcək. Hətta bir müddət danışıqların dayanması da gözlənilir. Bu hadisələr Azərbaycanı adekvat addımlar atmağa vadar edir".
R. Məmmədli bildirib ki, bu təxribatların təkrarlanması Azərbaycanı bu məsələni hərbi yollu ilə həllinə vadar edə bilər.
Baxış sayı: 205
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex
Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia
UN Human Rights Council adopts resolution on landmines promoted by Azerbaijan
Foreign Ministry: Azerbaijani captain killed, one missing in drone attack on cargo ship in Black Sea

