Fact-info.az xəbər verir ki, bunu Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Əməkdar jurnalist Azər Həsrət Türkiyədə ATƏT-in müşahidəçisi kimi izlədiyi seçki prosesi barədə jurnalistlərə açıqlamasında deyib.
A.Həsrət bildirib ki, müşahidələr Türkiyədəki seçki prosesinin tamamilə şəffaf və təhlükəsizlik şəraitdə keçirildiyini göstərir: “Fransa isə buna kölgə salmaq istəyir. ATƏT-in müşahidəçiləri kimi qardaş ölkədə baş verən seçki prosesini yaxından izlədik. Mən və digər heyət üzvləri Türkiyənin Adana vilayətində, daha sonra Mərsinin Ərdəmli ofisində olduq. İlkin müşahidələrimiz bundan ibarət idi ki, vətəndaşlar səsvermə başlamazdan əvvəl məntəqə önündə toplaşmışdılar. İlk dəqiqələrdən sona qədər heç bir maneə hiss etmədik. Gün ərzində ümumilikdə 9 məntəqədə seçki prosesini izlədik. Küçədən keçən hər kəs gəlib seçkilərin nəticələrinin yoxlanılmasında iştirak edə bilərdi. Seçicilərin yazdıqları adlar açıq şəkildə sonda göstərilirdi. ATƏT-in Türkiyədəki seçki prosesini izləyən 210-dan çox müşahidəçisindən 95 faizi səsvermə prosesinə müsbət qiymət verib”.
Baxış sayı: 155
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

