FACT-INFO.AZ » SİYASƏT » Moskvada Azərbaycan, Rusiya və Ermənistan XİN başçılarının üçtərəfli görüşü olacaq
17-05-2023, 19:30 | SİYASƏT
Moskvada Azərbaycan, Rusiya və Ermənistan XİN başçılarının üçtərəfli görüşü olacaq

M. Zaxarova deyib: “Mayın 19-da Moskvada Rusiya xarici siyasət idarəsinin başçısı Sergey Lavrovun Azərbaycan Respublikasının xarici işlər naziri və Ermənistan Respublikasının xarici işlər naziri ilə üçtərəfli və ayrı-ayrılıqda ikitərəfli görüşləri olacaq”.

Fact-info.az xəbər verir ki, onun sözlərinə görə, sülh sazişi üzrə Ermənistan-Azərbaycan ikitərəfli danışıqları da keçiriləcək. M.Zaxarova əlavə edib ki, xarici siyasət idarələrinin rəhbərləri regionda dinamik vəziyyəti nəzərə almaqla, Bakı və İrəvan arasında münasibətlərin normallaşması perspektivlərini müzakirə edəcəklər.

Rusiya XİN-in rəsmi nümayəndəsi qeyd edib ki, bu üçtərəfli prosesin əsası olan Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il noyabrın 10-da, 2021-ci il yanvarın 11-i və noyabrın 26-da, 2022-ci il oktyabrın 31-də əldə olunmuş üçtərəfli razılaşmaların həyata keçirilməsi, o cümlədən iqtisadi və nəqliyyat əlaqələrinin blokadasının aradan qaldırılması, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası, ölkələr arasında sülh sazişinin hazırlanması, həmçinin ictimaiyyət, ekspertlər və parlamentarilər xətti ilə təmaslar detallı şəkildə müzakirə ediləcək.

M.Zaxarova sonda deyib: “Lavrovun azərbaycanlı və erməni həmkarları ilə ayrıca görüşlərində, həmçinin gündəlikdə duran daha aktual ikitərəfli və beynəlxalq məsələlər üzrə fikir mübadiləsi aparılması nəzərdə tutulur. Biz hesab edirik ki, qarşıdakı təmaslar Bakı və İrəvanın mübahisəli məsələlərin nizama salınmasında irəliləyiş əldə etməsinə, qarşılıqlı şəkildə qəbul edilən həll yollarının axtarılmasına və ümumilikdə, tərəflər arasında etimadın yüksəldilməsinə, Cənubi Qafqazda sabitliyin möhkəmlənməsinə kömək edəcək”.




Baxış sayı: 209
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30