Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyindən Fact-info.az-a verilən məlumata görə, iclasda Azərbaycan Respublikasının energetika nazirinin müavini Elnur Soltanov, Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə, habelə nümayəndəliyin heyəti iştirak edib. Nazir müavini E.Soltanov NATO mənzil-qərargahına səfəri çərçivəsində, həmçinin NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina və Beynəlxalq Katibliyin İqlim və enerji təhlükəsizliyi bölməsinin rəhbəri Mixael Rühle ilə ikitərəfli görüşlər keçirib.
Müzakirələr zamanı E.Soltanov Azərbaycanın uğurlu enerji strategiyası, “Cənub Qaz dəhlizi”nin əhəmiyyəti, ölkəmizin Avropanın enerji təhlükəsizliyinə töhfələri, bərpa olunan enerji mənbələri sahəsində imkanlar və yeni perspektiv layihələr barədə müttəfiq dövlətlərə məlumat verib.
NATO üzv dövlətləri Azərbaycanın Alyansın etibarlı və önəmli tərəfdaşı olduğunu vurğulayıb. Müttəfiq dövlətlər ölkəmizin Avropanın enerji təhlükəsizliyinə töhfələrini yüksək qiymətləndirib və bu çərçivədə perspektiv layihələrin əhəmiyyətinə toxunub.
Baxış sayı: 224
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex
Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia
UN Human Rights Council adopts resolution on landmines promoted by Azerbaijan
Foreign Ministry: Azerbaijani captain killed, one missing in drone attack on cargo ship in Black Sea

