Fact-info/az xəbər verir ki, bu sözləri Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş xüsusi iclasında Qazaxıstanın Parlament Məclisinin sədri Yerlan Koşanov bildirib.
Yerlan Koşanov Heydər Əliyev dühasının nəinki Azərbaycan, həmçinin bütün Türk dünyası üçün mənəvi oriyentirə çevrildiyini bildirərək deyib: “Ulu Öndər Heydər Əliyev Qazaxıstanda xalqlarımız arasında səmimi qardaşlıq münasibətlərinin qurulmasına çalışması ilə tanınır. Heydər Əliyev əlaqələrimizin əbədi və möhkəm olması üçün böyük səylər göstərib. Azərbaycan Türk dünyasının mərkəzlərindən biridir. Türk xalqlarının birləşməsində Heydər Əliyevin böyük rolu olub. Türk Dövlətləri Təşkilatının əsası da Naxçıvanda qoyulub. Bu fakt özlüyündə dərin rəmzi mənaya malikdir”.
Bu gün Azərbaycanın dinamik inkişaf etdiyini söyləyən Qazaxıstan Parlament Məclisinin sədri vurğulayıb ki, qardaş xalqın müvəffəqiyyətlərinə çox sevinirlər. O bildirib ki, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən öz ərazi bütövlüyünü bərpa edən qardaş Azərbaycan inkişafının yeni mərhələsinə qədəm qoyub. Əminliklə bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha böyük uğurlar əldə edəcək və dünya tarixinə öz adını yazacaq.
Baxış sayı: 173
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

