Fact-info.az "Report"a istinadən xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.
"Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə bir sıra vacib təşəbbüslərlə çıxış edib", - BMTM rəhbəri vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan Qoşulmama Hərəkatına uğurla sədrlik edir:
"Ölkə rəhbərliyi tərəfindən bu istiqamətdə bir sıra vacib addımlar atılıb. Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatında bəzi institutlaşma prosesinə başlanılıb. Bütün bunlar bir daha sübut edir ki, Azərbaycan vacib təşəbbüslər irəli sürüb".
BMTM sədri bildirib ki, Avropada Qoşulmama Hərəkatı barədə bəzi neqativ fikir formalaşıb:
"Bunun da müəyyən səbəbləri var. Qoşulmama Hərəkatının əsas prinsiplərindən biri ora üzv ölkələrin heç bir hərbi bloka qoşulmamasıdır. Təşkilatın əsas fəaliyyət istiqamətlərindən biri də beynəlxalq təşkilatların və BMT-nin fəaliyyətini, ölkələrin ərazi bütövlüyünü dəstəkləməkdir. Biz praktiki cəhətdən də gördük ki, BMT-nin Təhlükəsizlik Şurasında Azərbaycana qarşı Fransa tərəfdən müəyyən cəhdlər var idi. Məhz Qoşulmama Hərəkatının üzvləri bunun qarşısını aldı. Hesab edirəm ki, biz bu təşkilat çərçivəsində fəal iş aparmalıyıq".
Baxış sayı: 200
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

