FACT-INFO.AZ » XƏBƏR » Parisdə münaqişənin şahidi - Ağdam məscidinin fotosu nümayiş olunub
11-05-2023, 21:10 | XƏBƏR
Parisdə münaqişənin şahidi - Ağdam məscidinin fotosu nümayiş olunub

Fact-info.az xəbər verir ki, açılış mərasimində Azərbaycanın bu ölkədəki səfiri Leyla Abdullayeva, Fransanın tanınmış incəsənət nümayəndələri, jurnalistlər, sənətsevərlər iştirak ediblər.

Sərgidə “Plantu” ləqəbli rəssam Jan Planturö və məşhur fotoqraf Reza Deqatinin fərqli baxışlarını əks etdirən rəsm və fotolar nümayiş olunur. 2011-ci ildə Kann şəhərində “Mətbuat karikaturalarının beynəlxalq görüşü”ndə ilk dəfə rastlaşmış, planetimizdəki sarsıntıların əsil müşahidəçiləri və ifadə azadlığının müdafiəçiləri - mətbuat karikaturaçısı Plantu və fotojurnalist Reza bu sərgi vasitəsilə təcrübələrini və dünyaya baxışlarını bir araya gətiriblər. Bu, monoxrom karikaturalardan və təsirli fotoşəkillərdən ibarət hibrid əsərlərin kəsişdiyi sərgidir.

Müharibənin dəhşətini, repressiyanı, senzuranı görmüş bu iki şəxsdən biri işgəncələrlə üzləşmiş, həbs və sürgün həyatı yaşamış, digəri isə ölüm təhdidləri və hücumlara məruz qalmışdır. Sərgidə Reza Deqatinin Ermənistanın Azərbaycana qarşı torpaq iddialarını əks etdirən fotosu da nümayiş olunur. Nümayiş etdirilən Ağdam məscidinin fotosu haqqında qeyd olunub: “Ağdamda məscid zamanın və insanların basqınlarına tab gətirən yeganə tikilidir. Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğu 30 il müddətdə bu məkan vandalizmə məruz qalmış, məscid mal və donuz tövləsi kimi istifadə edilmişdir. Hər tərəfdə və hər yerdə vurulmuş yaraları sağaltmaq və sülh üçün daha çox çalışmaq qalır. Bu dinc məkan tarixə şahidlik edir. Azərbaycan, 2020.”

Pantu isə dostu Rezanın sayəsində Azərbaycanda Qarabağ münaqişəsi ilə daha dərindən tanış ola bildiyini qeyd edib.

“Plantu-Reza: Fərqli baxışlar” sərgisi cari ilin dekabrın 31-dək davam edəcək.




Baxış sayı: 197
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30