FACT-INFO.AZ » SİYASƏT » Fransa XİN başçısının fikirləri qəbuledilməzdir
11-05-2023, 14:55 | SİYASƏT
Fransa XİN başçısının fikirləri qəbuledilməzdir

Fact-info.az-ın xəbərinə görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova bu gün Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ann Buayonla görüşü zamanı deyib.

Milli Məclisin sədri səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edərək, ümidvar olduğunu bildirib ki, o, Fransanın Azərbaycandakı səfiri kimi fəaliyyətində ölkələrimiz arasında münasibətlərə öz töhfəsini verəcək.

Spiker qeyd edib ki, ötən il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunub. Milli Məclisin sədri, bu 30 il ərzində iki ölkə arasında diplomatik əlaqələrin zəngin tarixinin olduğunu qeyd edib. O, həmçinin, tərəflər arasında iqtisadiyyat, ticarət, enerji, nəqliyyat, mədəniyyət, təhsil sahələrində müsbət əməkdaşlıq əlaqələrinin qurulduğunu bildirib. Qeyd olunub ki, çoxsaylı yüksək səviyyəli səfərlər və görüşlər ikitərəfli münasibətlərimizdə mühüm rol oynayıb. Spiker, Prezident İlham Əliyevin Fransaya 13, Fransa prezidentlərinin 3 dəfə ölkəmizə səfər etdiyini xatırladıb. O, həmçinin Heydər Əliyev Fondunun Fransadakı fəaliyyətini qeyd edib.

Milli Məclisin sədri ötən dövrlərdə ikitərəfli münasibətlərdə əldə olunmuş bu nailiyyətlərə baxmayaraq, bəzi Fransa rəsmilərinin və siyasətçilərinin Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə açıq şəkildə Ermənistana dəstəyini ifadə edən, Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan və ermənipərəst siyasətini göstərən bəyanatlarının Azərbaycan ictimaiyyətinin haqlı və ciddi narazılığına səbəb olduğunu xatırladaraq, bu kimi təxribatçı bəyanatların ikitərəfli münasibətlərimizə mənfi təsir göstərdiyini qeyd edib. Spiker, bu çərçivədə Fransa Senatında və Milli Assambleyada qərəzli qətnamələrin qəbul edilməsini pisləyib. Sahibə Qafarova xatırladıb ki, 2022-ci ilin noyabrında Milli Məclis tərəfindən Fransa Senatında və Milli Assambleyada Azərbaycan əleyhinə qətnamələrin qəbul edilməsini pisləyən Bəyanat qəbul edilib və parlamentarilərimiz Fransanın rayon və şəhərlərinin nümayəndələrinin, Milli Assambleya və Senat üzvlərinin təxribat xarakterli fəaliyyətinə və bəyanatlarına öz narazılıqlarını bildiriblər.

Spiker Sahibə Qafarova Fransanın Avropa və Xarici İşlər Naziri Ketrin Kolonnanın regiona son səfəri, Laçın yolu ilə bağlı Ermənistanda verdiyi bəyanatlar, həmçinin Fransanın ictimai radiosuna verdiyi müsahibədə səsləndirdiyi iddiaları da qəbuledilməz adlandırıb. Onun fikrincə, bu kimi qeyri-obyektiv fikirlər göstərir ki, Fransa bu məsələdə birtərəfli, qərəzli mövqeyini davam etdirir. Hamıya aydın olmalıdır ki, Qarabağ regionu Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suveren ərazisidir və ölkəmizin ayrılmaz hissəsidir.

Səfir Ann Buayon görüşə görə minnətdarlığını bildirib. O, Azərbaycanda diplomatik fəaliyyətə başlayandan sonra keçirdiyi görüşlər barədə məlumat verib.






Baxış sayı: 196
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30