FACT-INFO.AZ » MƏDƏNİYYƏT » “Heydər Əliyev 100” adlı nadir xalçanın təqdimatı keçirilib
5-05-2023, 21:00 | MƏDƏNİYYƏT
“Heydər Əliyev 100” adlı nadir xalçanın təqdimatı keçirilib

Fact-info.az xəbər verir ki, Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar “Azərxalça” ASC-nin tədbirlər planına uyğun olaraq, “Can Azərbaycan” MMC ilə birlikdə təşkil etdiyi təqdimatda əvvəlcə “Azərxalça” ASC İdarə Heyətinin Sədri, Əməkdar İncəsənət xadimi Emin Məmmədov çıxış edərək, tədbir haqqında məlumat verib. O deyib: “Dövlətimizin başçısının 2016-cı il 25 noyabr tarixi Sərəncamı ilə hər il mayın 5-i Azərbaycanda “Xalçaçı Günü” kimi qeyd olunur. Xalçaçılar öz peşə bayramlarını əlamətdar bir dövrdə - milli dəyərlərimizin hamisi, Ulu Öndər Heydər Əliyevin doğum günü ərəfəsində qeyd edirlər. Belə bir tarixi günün təsis edilməsi Ümummilli Liderimizin bizə bəxş etdiyi müstəqilliyin bəhrəsidir. Bu gün burada “Heydər Əliyev 100” adlı xatirə xalçasının təqdimatını təşkil etmişik. Tədbirin əsas məqsədi Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini məhz dəyər verdiyi, böyük diqqət göstərdiyi xalça sənəti vasitəsilə, əsl Azərbaycan xalçası ilə yad etməkdən ibarətdir. Ulu Öndər Azərbaycan xalqının milli mədəniyyətinə, onun tarixi qaynaqlarına həmişə böyük diqqətlə yanaşıb, mədəniyyət və incəsənət xadimlərinin yaradıcı axtarışlarına dəstək verib. “Azərxalça” ASC Ümummilli Liderin qoyduğu bu yolda addımlayaraq, hər zaman öz müştərilərinə yeni ideyalarını, fikirlərini və öz dünyalarını xalçaya köçürməyə imkan yaradır. Bu yolda qurum gənc rəssamlar, dizayner və xalçaçılarla geniş əməkdaşlıq əlaqələri yaradır. Xatırladaq ki, qədim xalçaçılıq sənəti Ulu Öndər Heydər Əliyevin daim qayğı göstərdiyi və yüksək qiymətləndirdiyi sahə kimi müstəqillik illərində daha da inkişaf etmişdir. Məhz Ulu Öndərin hakimiyyətə qayıdışından sonra mədəniyyətin digər sahələrində olduğu kimi, xalça sənətində də böyük dirçəliş oldu. Xalçaçılar hər zaman Ulu Öndərin əziz xatirəsini dərin hörmətlə anır, sənətlərinə verilən önəmli dəyərin fərqində olduqlarını unutmurlar".

Təqdim olunan nadir xalçanın ideya müəllifi, Əməkdar artist Tahir İmanov bu gözəl təşəbbüsdən danışaraq bildirib ki, xalçaya olan ilk sevgisi keçən əsrin 80-cı illərində Şuşa şəhərində yaranıb: "Babam, bəstəkar, Xalq artisti Süleyman Ələskərovun evinə çoxlu tanınmış insanlar gəlirdi. 1986-cı ildə bizim evimizə xalçaçı-rəssam, Xalq rəssamı Lətif Kərimov gəldi və ilk dəfə onun xalçalara olan sevgisini elə onun öz dilindən eşitdik. Onun xalçalarla bağlı sözlərini dinləyərkən o vaxt uşaq olsaq da, sanki xalçaların sehrinə düşürdük. İllər keçdi və bu sevgi içimizdə qaldı, sonradan qardaşım Cabir İmanov xalçaya aid olan böyük bir layihəyə imza atdı. Sonra düşündüm ki, mən də bu sahədə nə isə etmək istəyirəm və beləcə dostlarla birgə belə bir gözəl işi ərsəyə gətirdik. Ulu Öndərlə ünsiyyətdə olmuş insan kimi düşündüm ki, mən də Heydər Əliyevin 100 illiyi ilə bağlı nə isə edə bilərəm və ideya yarandı. Bu gün təqdim olunan layihə Azərbaycanın xəritəsi ilə bağlıdır və ümumilikdə düşünürəm ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanın özüdür. Bu özəl 100x100 ölçüsündəki yun xalça yalnız 100 nüsxədə toxunub. Xalçanın üzərində Azərbaycanın bölgələrinə xas xalça növlərinin göstərildiyi xəritə, Ümummilli Liderin hər zaman sevə-sevə səsləndirdiyi Səməd Vurğunun "Azərbaycan" şeirindən sətirlər, Heydər Əliyevin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!” sözləri və onun 3D formatında imzası yer alır. Xalça təqdim olunduğu gündən etibarən satışa çıxarılacaq və bu seriya bir daha istehsal olmayacaq".

Sonra "Heydər Əliyev 100” adlı nadir xatirə xalçası təqdim olundu.

Qeyd edək ki, təqdimatdan əvvəl “Azərxalça” ASC-nin kollektivi Fəxri xiyabana gedərək Ümummilli Liderin məzarını ziyarət edib, Ulu Öndərin əziz xatirəsini ehtiramla anıblar.




Baxış sayı: 267
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30