O bildirib ki, Türkiyə siyasi, diplomatik və hərbi gücü ilə terror təşkilatlarına qətiyyətli zərbələr endirir, dünyanı onların başına dar edir: “Ölkəmiz 3 qitənin geosiyasi mərkəzi olmasına baxmayaraq, uzun illər təkvektorlu xarici siyasət kursu ilə idarə edilib. Amma biz diplomatlarımızın da səyləri nəticəsində inamlı, təşəbbüskar və humanist xarici siyasət kursu ortaya qoyduq”.
R.T.Ərdoğan vurğulayıb ki, Türkiyənin xaricdəki diplomatik nümayəndəliklərinin sayı 163-dən 260-a yüksəlib: “Biz dünyann ən geniş diplomatik əlaqələrinə sahib 5 ölkədən biriyik. Soydaşlarımıza və xaricdə yaşayan 7 milyon insana qucaq açmışıq.
Rusiya və Ukrayna arasında əsir mübadiləsi və Ukrayna taxılının dünya ölkələrinə çatdırılması üçün “Taxıl dəhlizi”nin yaradılması kimi anlaşmalarla regional böhranların həllinə töhfə veririk.
Tarixi şanlı zəfərlərlə dolu olan bir ölkə olaraq beynəlxalq sistemdə layiq olduğumuz yerə doğru gedirik. Daxili siyasətimizin idarə olunmasına, milli iradəmizə müdaxiləyə icazə verməyəcəyik. Türkiyənin yaradılmasının yüz ilində, inşallah, bütün bu diplomatik uğurları zirvəyə qaldıracağıq”.
Baxış sayı: 196
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex
Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia
UN Human Rights Council adopts resolution on landmines promoted by Azerbaijan
Foreign Ministry: Azerbaijani captain killed, one missing in drone attack on cargo ship in Black Sea

