Fact-info.az xəbər verir ki, görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, energetika və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, BP və SOCAR şirkətləri arasında uzun illər səmərəli əməkdaşlığın həyata keçirildiyi qeyd olunub.
Böyük Britaniyanın Azərbaycana ən çox sərmayə qoyan ölkələrdən biri olduğu və əməkdaşlığın daha da genişlənməsi üçün böyük potensialın mövcudluğu qeyd edilib.
Söhbət zamanı bölgədə cərəyan edən proseslər, o cümlədən 44 günlük Vətən müharibəsinin başa çatmasından sonra Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsi üzrə aparılan danışıqlarla bağlı fikir mübadiləsi aparılıb.
Həmçinin, görüşdə Cənubi Qafqaz regionunda həyata keçirilən mühüm enerji və nəqliyyat layihələri ətrafında müzakirələr olub, Asiya və Avropa arasında ticarət üçün Orta Dəhlizin əhəmiyyəti vurğulanıb.
Baxış sayı: 207
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

