FACT-INFO.AZ » XƏBƏR » Azərbaycan nümayəndəsinin Baş katibə ünvanladığı məktub BMT-nin sənədi kimi yayılıb
4-05-2023, 12:20 | XƏBƏR
Azərbaycan nümayəndəsinin Baş katibə ünvanladığı məktub BMT-nin sənədi kimi yayılıb

Fact-info.az xəbər verir ki, məktubda Ermənistanın BMT yanında Daimi Nümayəndəliyinin BMT baş katibinə ünvanladığı Azərbaycana qarşı əsassız ittihamlara faktlarla cavab verilib.

Səfir məktubda Ermənistanda beynəlxalq hüququn və insan haqlarının kobud şəkildə pozulmasını ortaya qoyan uşaq əsgərlərlə bağlı müfəssəl şəkildə toplanmış məlumatlar təqdim edib. O bildirib ki, uşaqların silahlı qüvvələrə və silahlı qruplaşmalara cəlb edilməsi halları Uşaq Hüquqları Konvensiyasına əsasən Ermənistanın ilkin hesabatı üzrə Uşaq Hüquqları Komitəsinin yekun müşahidələrindəki istinadlar da yer alır. Sözügedən hesabatda bununla bağlı erməni nəşrlərində yer alan məqalələr, həmçinin sosial şəbəkələrdəki paylaşımlara və foto-video materiallara istinad edilir.

Sənəddə qeyd olunub ki, Ermənistan dövlət səviyyəsində terrorizmi dəstəkləmək və ondan istifadə etmək üzrə uzunmüddətli təcrübəyə malikdir. 1980-ci illərin sonlarından başlayaraq Ermənistan və onun rəhbərliyi və nəzarəti altında olan bir sıra terror təşkilatları Azərbaycana qarşı, o cümlədən Bakı şəhərində çoxsaylı terror aktları törədib, minlərlə günahsız vətəndaşı qətlə yetirib. 30 ilə yaxındır ki, Azərbaycanın əvvəllər Ermənistan tərəfindən işğal olunmuş əraziləri ölkəyə sızmış terrorçu, muzdlu və digər silahlı birləşmələrin fəaliyyət ərazisinə çevrilib. 2020-ci ilin payızındakı hərbi əməliyyatlar zamanı Ermənistan Avropa, Yaxın Şərq və Şimali Amerikadan olan xarici terrorçu döyüşçülərə və muzdlulara arxalanıb. Xeyriyyə təşkilatları və qeyri-hökumət təşkilatları adı altında fəaliyyət göstərən erməni diasporu Azərbaycana qarşı təcavüzü dəstəkləmək üçün maddi vəsaitlərin toplanması ilə fəal məşğul olub.

Səfir diqqətə çatdırıb ki, monoetnik Ermənistanda etnik zəmində nifrət və ayrı-seçkilik halları geniş yayılıb, erməni uşaqlara məktəbdə erkən yaşlarından antiazərbaycan stereotipləri öyrədilir. Bu zəmində ölkədə azərbaycanlılara qarşı qəsdən etnik ədavəti qızışdıran etnomillətçi nifrət silahlı qrupları və təşkilatları fəaliyyət göstərir.

"Ermənistan hökuməti Beynəlxalq Ədalət Məhkəməsinin qərarına məhəl qoymur və irqçi yarımhərbi təşkilatlara öz ərazisində fəaliyyət göstərməyə, maliyyə vəsaiti toplamağa, açıq şəkildə anti-Azərbaycan nifrəti yaymağa və mülki şəxsləri, o cümlədən uşaqları müharibəyə cəlb etməyə və öyrətməyə şərait yaradır", - diplomat bildirib.

Məktubda qeyd olunub ki, Azərbaycan Ermənistanın yalandan iddia etdiyi kimi qondarma quruma və ya mülki sakinlərə qarşı deyil, Ermənistanın nizami silahlı qüvvələrinə, habelə onun komandanlığı və nəzarəti altında olan, Azərbaycanın o vaxtkı işğal olunmuş ərazilərində yerləşdirilən terrorçu və muzdlu birləşmələrə qarşı döyüşüb.

Y.Əliyev məktubunda yazıb ki, 2020-ci ildə 44 günlük müharibə zamanı Azərbaycan Silahlı Qüvvələri müharibə qaydalarına və qanunlarına ciddi əməl edib, mülki obyektləri və şəxsləri hədəf almayıb: "Ancaq Ermənistan silahlı qüvvələri beynəlxalq humanitar hüququn norma və prinsiplərini pozaraq kasset bombaları, ballistik raketlər, idarə olunmayan artilleriya raketləri və iriçaplı artilleriya mərmilərindən istifadə edərək 12-si uşaq və 28-i qadın olmaqla 101 mülki şəxsi qətlə yetirib. Bununla yanaşı Ermənistan silahlı qüvvələri tərəfindən mülki infrastruktur obyektləri, o cümlədən fərdi yaşayış evləri, xəstəxanalar, ilkin tibbi yardım məntəqələri, məktəblər, uşaq bağçaları, dini obyektlər və mədəniyyət abidələri zədələnib və dağıdılıb".

Məktubda 2023-cü il aprelin 10-da əlverişsiz hava şəraitin itkin düşərək Ermənistan ərazisinə keçən və girov götürülən iki Azərbaycan hərbçisi - Aqşin Bəbirov və Hüseyn Axundov barəsində məlumatlar da yer alıb. Qeyd olunub ki, Ermənistan KİV-ləri tərəfindən yayılan görüntülərdə hər iki hərbiçinin qandallı halda vəhşicəsinə döyülməsini əks etdirilib: "Müvafiq beynəlxalq öhdəliklərinə əsasən, Ermənistan hərbçilərimizi dərhal azad etməli, onlara qarşı qeyri-insani və ləyaqəti alçaldan rəftara görə məsuliyyət daşıyanları lazımi qaydada araşdırmalı və cəzalandırmalıdır".

Sənəddə Ermənistanın mina terroru ilə bağlı məlumatlar da yer alıb, qaçqınların və məcburi köçkünlərin öz evlərinə təhlükəsiz şəkildə qayıtmasını təmin etmək üçün beynəlxalq təşkilatdan baş verənlərə hüquqi müstəvidə cavab verilməsi tələb olunub. Bununla yanaşı, sənəddə Laçın-Xankəndi yolunun blokadasına dair Ermənistanın yalanlarına da aydınlıq gətirilib.




Baxış sayı: 231
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30