FACT-INFO.AZ » AKTUAL » Türkiyə özünün tam müstəqil və milli maraqlara uyğun xarici siyasət strategiyasını formalaşdırıb
3-05-2023, 17:30 | AKTUAL
Türkiyə özünün tam müstəqil və milli maraqlara uyğun xarici siyasət strategiyasını formalaşdırıb

 Çünki əsas istehlak məhsulları bazarı xarici istehsalçılardan asılı olduğu halda, kənar qüvvələr bunun üzərindən siyasi manipulyasiyalar edirdilər. Rəcəb Tayyib Ərdoğan hakimiyyətə gəldikdən sonra vəziyyət köklü şəkildə dəyişməyə başladı. O, hakimiyyətə gələnə qədər Türkiyənin xarici bazarlara ixracının həcmi 36 milyard dollar təşkil edirdisə, hazırkı mərhələdə bu həcm artıq 250 milyard dollara bərabərdir. Bununla yanaşı, həyat fəaliyyətinin bütün sahələrində köklü keyfiyyət dəyişiklikləri müşahidə olundu. Ölkə sənayesi sürətlə inkişaf etdi. Bunun nəticəsidir ki, Türkiyə sənayesinin istehsal etdiyi məsulların dünya bazasında payı 1 faizə bərabərdir ki, bu da kifayət qədər yaxşı göstəricidir.

Əlavə olaraq, bu amilin siyasi dividentlərini də xüsusi qeyd etmək lazımdır. Xarici dövlətlərdən idxalın səviyyəsinin əhəmiyyətli dərəcədə azalması ölkənin daha müstəqil siyasət yürütməsi üçün real imkanlar açdı. Müvafiq olaraq, Türkiyə özünün tam müstəqil, milli maraqlarına uyğun xarici siyasət strategiyasını formalaşdıraraq, uğurla həyata keçirməyə başladı. Qısa zaman kəsiyində demək olar ki, bütün dünyanı əhatə edən diplomatik şəbəkə quruldu. Bu da öz növbəsində Türkiyənin ticarət əlaqələrinin genişlənməsi üçün real zəmin yaratdı. Nəticədə dünyada 228 istiqamət üzrə ixrac həyata keçirməkdədir. Buna müvafiq olaraq ölkənin xarici ticarət dövriyyəsinin həcmi 500 milyard dolları haqlayıb.

Fact-info.az-ın məlumatına görə, bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu söyləyib.

Deputat bildirib ki, qardaş ölkənin hərbi sənayesinin inkişafı isə sözün əsl mənasında fantastik templə getməkdədir. Artıq hərbi sənaye məhsullarının bəziləri dünyada analoq tanımır. Türkiyə istehsalı PUA-lar dünyanın bir sıra ölkələrinə fəal şəkildə ixrac edilməkdədir. “Kızıl elma” pilotsuz döyüş təyyarəsinin də sınaqları uğurla baş tutdu.

Qısa zamanda dünyanın ən güclü hərbi sənayelərindən birinə sahib olan Türkiyənin özünün müdafiə sistemini keyfiyyətcə yeni mərhələyə qaldırdığını qeyd edən E.Mirbəşiroğlu deyib: “Türkiyə güclü hərbi imkanlara malik olmaqla, milli maraqlarını da beynəlxalq münasibətlər sistemində uğurla müdafiə etməkdədir. Hazırda dünyada cərəyan edən siyasi proseslərin və ya baş verən münaqişələrin 80 faizi bu və ya digər formada və səviyyədə Türkiyəyə təsir edir. Müvafiq olaraq, qardaş ölkə bu proseslərin içində olmalı olur. Buna baxmayaraq, uğurlu manevr, Ərdoğanın strateji baxışları sayəsində hər zaman üstün rolunu və təsir imkanlarının qorunub saxlanılmasını şərtləndirib. Məhz Türkiyə lideri hansı coğrafiyada hansı yanaşma və mexanizmlər vasitəsilə Türkiyənin milli maraqlarının daha uğurla qorunmasını çox dəqiq bilir. Belə ki, Balkanlarda ortaq Osmanlı tarixi, Mərkəzi Asiyada türk kimliyi, Yaxın Şərqdə islam amilləri üzərindən çıxış edərək R.T.Ərdoğan ölkəsini hamı üçün cəlbedici dost ölkəyə çevirməyi bacardı. Bununla yanaşı, Afrika qitəsində Türkiyənin təmənnasız yardım edən ölkə statusu qazanması da Ərdoğanın səylərinin və uzaqgörənliyinin nəticəsi idi. Son 20 ildə Türkiyə Türk-İslam dünyasının şəriksiz liderinə çevrildi. Türk və İslam dünyasında həmrəyliyin gücləndirilməsi, qarşılıqlı yardımlaşmanın əməkdaşlığın ana prinsipinə çevrilməsi də qardaş Türkiyənin sayəsində mümkün oldu”.

Deputatın sözlərinə görə, Ərdoğanın Türkiyə dövləti və xalqı qarşısında ən mühüm tarixi xidmətlərindən biri də ölkənin prezident üsul-idarəsinə keçirilməsi ilə bağlı təşəbbüs irəli sürməsi olub. Türkiyə parlamentli respublika olduğu dövrdə kənar dairələr çox rahatlıqla nəinki ölkənin xarici siyasətini yönləndirirdilər, həm də daxili siyasət də bu dairələrin istəklərinə uyğun həyata keçirildi. Ölkənin bazarı və iqtisadi sistemi tam kənar təsirlər və nəzarət altında idi. Məhz bunun nəticəsidir ki, indi də dollar iqtisadiyyata kifayət qədər güclü təsirini saxlamaqdadır. Ərdoğan tərəfindən prezidentli respublikaya keçidlə bağlı təşəbbüs sözün əsl mənasında Türkiyə dövlətçiliyinin xilası idi. Belə ki, 2017-ci ildə baş tutmuş referendum nəticəsində ölkənin prezidentli respublikaya çevrilməsindən sonra Türkiyə kənar təsirlərdən və iradədən tam müstəqil xarici siyasət həyata keçirmək imkanı qazanmış oldu.

“Təsadüfi deyil ki, Türkiyənin prezidentliyi respublikaya keçid etməsi Qərbdə sərt təpki ilə qarşılandı. Çünki artıq Qərbin Türkiyəni yönləndirmək imkanları əhəmiyyətli dərəcədə məhdudlaşmış oldu. Bir sözlə Ərdoğan Türkiyəni real olaraq müstəqil, yalnız milli maraqları çərçivəsində davranan bir dövlətə çevirdi. Hazırda çoxqütblü dünya sisteminin qurulması prosesi dönməz xarakter alıb. Çoxqütblü dünya qlobal təhlükəsizliyin tək qarantıdır. Bu istiqamətdə isə ən ciddi töhfə vermək imkanları Ərdoğanın sayəsində Türkiyəyə məxsusdur. Beləliklə, həm Türkiyənin və Türkiyə xalqının, həm də bütövlükdə dünyanın daha güclü gələcəyi üçün Türkiyənin hazırkı siyasi kursunun saxlanılması həyati əhəmiyyət kəsb edir. Bu isə yalnız Ərdoğanın sayəsində mümkün ola bilər”, - deyən Elşad Mirbəşiroğlu fikirlərini yekunlaşdırıb.




Baxış sayı: 212
Abbas Zamanovun 115 illiyinə həsr olunan elektron məlumat bazası hazırlanıb Bu gün, 10:30 Süni intellekt kibertəhlükəsizlik mütəxəssislərinin rolunu dəyişir Bu gün, 10:00 Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır Bu gün, 08:30 Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb Bu gün, 08:00 Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır Dünən, 19:00 "Şahinlərin Görüşü-2026" müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirilib Dünən, 19:00 Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib Dünən, 18:00 ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week Dünən, 17:30 İqtisadi bağları zəif olan siyasi birliklərin uzunömürlü və dayanıqlı olması çətindir Dünən, 12:30 Dünyada separatizmə, müharibə cinayətlərinə münasibət fərqli olmamalıdır Dünən, 11:30 Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin görüşü Dünən, 11:00 Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb Dünən, 11:00 Azad edilmiş ərazilərdə daha 361 mina, 624 PHS aşkarlanıb Dünən, 10:30 Vətən müharibəsinin xronikası: 11 oktyabr Dünən, 10:30 Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq 11-10-2026, 10:00 Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq 11-10-2026, 10:00 Ankarada Beynəlxalq Nəsimi Simpoziumu keçiriləcək 10-10-2026, 09:30 Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub 10-10-2026, 08:30 ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi 10-10-2026, 08:30 Özbəkistan Prezidenti MDB-də əməkdaşlığın genişləndirilməsinə dair yeni təkliflər irəli sürüb 9-10-2026, 20:30 Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir 9-10-2026, 19:30 International travellers visit Ganjasar Monastery Complex 9-10-2026, 17:00 Nobel mükafatçısı Enn Karsonun təcrübəsi: Nizami və Füzuli irsini müasir dünyaya necə çatdırmalı? 9-10-2026, 12:00 Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş kitab sərgisi açılıb 9-10-2026, 11:00 Prezident İlham Əliyev: 2026-cı ilin ilk yarısında Azərbaycan üzərindən tranzit daşımalarının həcmi 10 faiz artıb 9-10-2026, 11:00 Prezident: Məqsədimiz Azərbaycan üzərindən yükdaşımaların həcmini hər istiqamət üzrə 15 milyon tona çatdırmaqdır 9-10-2026, 11:00 Türkiyənin məktəblərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək 9-10-2026, 10:30 Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır - KİV 9-10-2026, 09:00 Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir 9-10-2026, 08:00 Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib 8-10-2026, 19:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031