FACT-INFO.AZ » İQTİSADİYYAT » Kibertəhlükəsizlik tədbirləri vasitəsilə sərhəd təhlükəsizliyinin təmin edilməsi mövzusunda vebinar keçirilib
3-05-2023, 10:25 | İQTİSADİYYAT
Kibertəhlükəsizlik tədbirləri vasitəsilə sərhəd təhlükəsizliyinin təmin edilməsi mövzusunda vebinar keçirilib

Dövlət Gömrük Komitəsindən (DGK) Fact-info.az-a bildirilib ki, vebinara ÜGT-nin Avropa Regionunda təmsil olunan 22 ölkənin gömrük administrasiyalarının 137 nümayəndəsi qatılıb.

Tədbirdə DGK sədrinin müavini Natiq Şirinov, ÜGT-nin Potensialın Gücləndirilməsi direktoratlığının rəhbəri Taeil Kang, ÜGT Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin direktor vəzifəsini müvəqqəti icra edən Mirhəsən Seyidzadə çıxış edərək sərhəd təhlükəsizliyinin əhəmiyyətindən danışıb, onun milli təhlükəsizliyin mühüm tərkib hissələrindən biri olduğunu diqqətə çatdırıblar. Texnologiyaların sürətli inkişafı, dünyada baş verən qloballaşma proseslərinin fonunda sərhəd təhlükəsizliyinin təmin edilməsinin mürəkkəbləşdiyi vurğulanıb, qabaqcıl texnologiyaların və kibertəhlükəsizlik tədbirlərinin tətbiqinin genişləndirilməsinin vacibliyinə diqqət çəkilib.

Tədbirdə Azərbaycan gömrüyünün sərhəd təhlükəsizliyinin təmin olunmasında mühüm nailiyyətlər əldə etdiyi diqqətə çatdırılıb, həmçinin məlumat mübadiləsinin, qabaqcıl təcrübələrin öyrənilməsinin vacibliyindən bəhs edilib.

Daha sonra mövzu ilə bağlı Ümumdünya Gömrük Təşkilatının, Mərkəzi Asiya Regional İnformasiya-Əlaqələndirmə Mərkəzinin (CARICC), BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (UNODC), Cənub-Şərqi Avropa Hüquq Mühafizə Mərkəzinin (SELEC) və “Karmasis” şirkətinin Azərbaycanda yerləşən ofisinin mütəxəssisləri təqdimatlarla çıxış edib, təmsil etdikləri təşkilatların kibertəhlükəsizlik və qabaqcıl informasiya istiqamətində əldə etdikləri nailiyyətlər, qabaqcıl təcrübələr haqqında məlumat veriblər.




Baxış sayı: 230
“Üzeyir Hacıbəyli və Nizami irsi” kitabı təqdim olunub Bu gün, 14:00 Daşkəsən dəmir filizi layihəsi çərçivəsində bir sıra iri sənaye layihələri həyata keçiriləcək Bu gün, 13:00 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb Bu gün, 10:30 Festival çərçivəsində "Leyli və Məcnun" tamaşası nümayiş olunub Bu gün, 09:30 Ceyhun Bayramov ukraynalı həmkarı ilə geosiyasi proseslər barədə fikir mübadiləsi aparıb Bu gün, 08:30 Şəhid jurnalistlərin xatirəsinə həsr edilən ənənəvi minifutbol turnirinin püşkü atılıb Dünən, 21:30 MEK elektron xidmətlərini təqdim edir Dünən, 14:00 Prezident İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət ünvanlayıb Dünən, 14:00 Rusiyanın təhdid mesajları reallıqdan çox uzaqdır Dünən, 13:30 Pekində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə bağlı görüş keçirilib Dünən, 10:30 AMEA Naxçıvan Bölməsinin “Elmi əsərlər” jurnalının yeni nömrəsi çapdan çıxıb Dünən, 10:00 Xankəndi şəhəri və qəsəbəsinə, Xocalı, Ağdərə və Cəbrayılın kəndlərinə növbəti köç karvanları yola salınıb Dünən, 09:30 Qərbi Azərbaycan İcmasında indiki Ermənistan ərazisində Alban irsinin öyrənilməsi üzrə işçi qrup yaradılıb Dünən, 09:00 Azad edilmiş ərazilərdə daha 269 mina, 745 PHS aşkarlanıb 21-09-2026, 20:00 Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Retro-dalğası” adlı xor konserti olub 21-09-2026, 19:00 Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region 21-09-2026, 12:30 Bəzi sözlərin mənşəyi haqqında 21-09-2026, 12:30 Tarixi zəfərimizin rəmzi - Suverenlik Günu 21-09-2026, 12:00 Corc Vaşinqton Universitetinin azərbaycanlı prorektoru: Diplom məqsəd deyil, əsas məsələ biliyi alətə çevirməkdir 21-09-2026, 11:30 Azərbaycanda Zərərvericilərin Analizi və Rəqəmsal Kriminalistika Laboratoriyası istifadəyə verilib 21-09-2026, 11:00 Lənkəranda “QHT-lərin VII İnkişaf və Mübadilə Proqramı” elan olunub 21-09-2026, 09:30 "Azərbaycanın dövlət suverenliyinin bərpası davamlı sülh üçün yeni imkanlar açıb" - XİN 21-09-2026, 08:30 Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb 21-09-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva 20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə paylaşım edib 19-09-2026, 19:30 Qafqaz Albaniyası dövrünə aid dini-mədəni abidələr Azərbaycanın milli və tarixi sərvətinin ayrılmaz hissəsidir 19-09-2026, 12:00 ABŞ Ukraynaya 2,68 milyard dollarlıq hava hücumundan müdafiə vasitələrinin satışını təsdiqləyib 19-09-2026, 10:00 Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında mina problemi ilə bağlı yeni təşəbbüslə çıxış edib 19-09-2026, 10:00 Anar Ələkbərov şəhid anaları ilə görüşüb 19-09-2026, 08:00 AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar 18-09-2026, 19:00 Ayxan Hacızadə Fransa XİN mətbuat katibinin Azərbaycana səyahət xəbərdarlığını pisləyib 18-09-2026, 17:30
Köşə yazarları
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930