Fact-info.az xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan bu barədə Kahramankazan şəhərində yeni hərbi aviasiya modellərinin təqdimat mərasimində deyib. Onun sözlərinə görə, “Hürjet” qırıcısının “TCG Anadolu” milli desant və aviadaşıyıcı gəmisinin göyərtəsində yerləşdirilməsi də planlaşdırılır.
Prezident, həmçinin Türkiyə kompaniyalarının istehsalı olan beşinci nəsil “Kaan” qirici təyyarəsinin (“Milli Muharip Ucak” proqramı çərçivəsində hazırlanan TF-X təyyarəsi - red.) bir neçə ildən sonra silahlı qüvvələrə təhvil veriləcəyini deyib: “Bununla da, Türkiyə beşinci nəsil təyyarə istehsal edə bilən beş ölkədən birinə çevriləcək. “Kaan” yeni texnologiyalar sayəsində radarlar üçün görünməz olacaq”.
Rəcəb Tayyib Ərdoğan yaxın günlərdə yeni “Anka-3” döyüş PUA-sının ilk uçuşunun həyata keçiriləcəyini bildirib.
“Turkish Aerospace Industries” kompaniyası tərəfindən hazırlanan “Hürjet” milli döyüş və təlim qırıcısı aprelin 25-də ilk uçuşunu həyata keçirib. Onun bəzi xarakteristikalarına görə hazırda silahlanmada olan bir sıra qırıcıları üstələdiyi bildirilir.
Baxış sayı: 187
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

