FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Görkəmli oftalmoloq Zərifə Əliyevanın 100 illik yubileyi Tbilisidə qeyd olunub
29-04-2023, 08:55 | MƏDƏNİYYƏT
Görkəmli oftalmoloq Zərifə Əliyevanın 100 illik yubileyi Tbilisidə qeyd olunub

Fact-info.az  xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti, ölkəmizin Gürcüstandakı səfiri Faiq Quliyev, səfirlik əməkdaşları, Gürcüstanın ali məktəblərində təhsil alan tələbələr, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Muzeyin elmi işçisi Leyla Əliyeva tədbiri açdıqdan sonra Ulu Öndər Heydər Əliyevin və Zərifə xanım Əliyevanın xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

L.Əliyeva Zərifə Əliyevanın həyat və fəaliyyəti barədə məruzə edib, alimin tibb elminə verdiyi töhfələrdən danışıb. Bildirib ki, akademik Zərifə Əliyeva zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçib. Onun əhatəli elmi fəaliyyəti dünya oftalmologiya elminin inkişafına əhəmiyyətli töhfələr verib.

Səfir Faiq Quliyev çıxış edərək, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı Gürcüstanda keçirilməsi nəzərdə tutulan tədbirlər proqramı ilə bağlı məlumat verib. Bildirib ki, Ümummilli Liderin yubileyinin Gürcüstanda keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Dünya şöhrətli siyasi xadim Heydər Əliyev Gürcüstan ilə əlaqələrə, xüsusən də bu ölkədə yaşayan soydaşlarımıza daim diqqət göstərib. Ulu Öndərin təşəbbüsü ilə reallaşan regional layihələrin məhz Gürcüstandan keçməsi də soydaşlarımızın sosial rifah halının yaxşılaşmasına, onların inteqrasiyasına xidmət edir. Gürcüstan hökuməti və gürcü xalqı, eləcə də soydaşlarımız Ümummilli Liderin bu xidmətlərini heç vaxt unutmur və onun xatirəsini hər zaman hörmətlə anırlar.

Diplomat deyib ki, Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın 100 illik yubileyinin Tbilisidə qeyd olunması təsadüfi deyil. Zərifə Əliyeva təkcə azərbaycanlı deyil, gürcü oftalmoloq həkimlərin yetişməsində də mühüm rol oynayıb. Alimin oftalmologiyanın aktual məsələlərinə dair uzunmüddətli araşdırmalarının uğurlu nəticəsi olan sanballı əsərləri Gürcüstanda da yüksək qiymətləndirilir. Onun tədqiqatlarında irəli sürülən yeni effektiv müalicə metodları, kompleks profilaktik tədbirlər Gürcüstanda da müvəffəqiyyətlə tətbiq olunub.

F.Quliyev deyib ki, Prezident İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməsi nəticəsində ölkələrimiz arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Dövlətimizin başçısının tapşırığına əsasən Gürcüstanda yaşayan soydaşlarımız üçün mühüm sosial layihələr reallaşdırılır. Son bir neçə il ərzində Azərbaycan hökuməti Gürcüstandakı sosial layihələrə 70 milyon dollardan çox vəsait xərcləyib. Bu siyasət bundan sonra daha təkmil formada davam etdiriləcək.

Milli Məclis sədrinin müavini Adil Əliyev çıxışında qeyd edib ki, həkimlik etikasını bütün elmi və pedaqoji fəaliyyəti boyu davam etdirən Zərifə Əliyeva respublikamızda yüksəkixtisaslı kadrların hazırlanması işinə gərgin əmək sərf etmiş, gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəslini formalaşdırmışdır.

O qeyd edib ki, elmi fəaliyyəti ilə yanaşı, Zərifə xanım eyni zamanda, qayğıkeş ana, gözəl, vəfalı ömür-gün yoldaşı olub.

A.Əliyev, həmçinin bildirib ki, Prezident İlham Əliyevin rəhbərlik etdiyi, güclü iqtisadiyyata, orduya malik olan müasir müstəqil Azərbaycan indi söz sahibidir və dünyanın inkişaf etmiş ölkələri ilə bir sırada dayanır. Azərbaycan qüdrətləndikcə digər ölkələrdə yaşayan soydaşlarımızın da sosial problemlərinin yüksək səviyyədə həllinə çalışır. Onun sözlərinə görə, İlham Əliyev öz əməlləri ilə təkcə on milyonluq Azərbaycan xalqının deyil, dünya azərbaycanlılarının Prezidenti olduğunu sübut edib.

Sonra Milli Məclisin deputatları Şahin İsmayılov, Cəbi Quliyev çıxış edərək Ulu Öndər və Zərifə xanım Əliyeva ilə bağlı fikirlərini bölüşüb, Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasətin uğurlu nəticələrindən danışıblar.

Sonda səfir F.Quliyev və A.Əliyev tələbələri maraqlandıran sualları cavablandırıblar.




Baxış sayı: 236
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30