FACT-INFO.AZ » SİYASƏT » Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış keçid məntəqəsinin yaradılması Azərbaycanın suveren hüququdur
26-04-2023, 10:05 | SİYASƏT
Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış keçid məntəqəsinin yaradılması Azərbaycanın suveren hüququdur

Məruzəçi üzv ölkələrin tərəfdaşlığın məqsədlərinə müxtəlif dərəcədə sadiqlik nümayiş etdirdiyini qeyd edir. Bu, çox vacib bəyanatdır və buradan belə bir sual doğur ki, nə üçün həmin tərəfdaş ölkələr bizim müəyyən etdiyimiz məqsədlərə nail olmaqdan çəkinirlər.

Fact-info.az  xəbər verir ki, bu fikirləri AŞPA-nın yaz sessiyasında Azərbaycan nümayəndə heyətinin üzvü Kamal Cəfərov demokratiya statusu üçün tərəfdaşlıq fəaliyyətinin qiymətləndirilməsinə dair məruzənin müzakirəsi zamanı deyib.

Bildirib ki, artıq bəzi ölkələr Avropa Şurasına imtiyaz kimi deyil, yük kimi baxırlar. Çünki ötən müddət ərzində məlum oldu ki, Avropa Şurası çox vacib məsələlərdə susur və ya bitərəf qalır.

Bu baxımdan ikili standartlarla üzləşən Azərbaycanı misal çəkə bilərəm. Ermənistan 30 il ərzində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini işğal altında saxlayıb. Təəssüf ki, AŞPA Ermənistanın beynəlxalq öhdəliklərini yerinə yetirməsi üçün kifayət qədər səy göstərmədi.

Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirib ərazilərini işğaldan azad edəndə AŞPA çaşdırıcı bəyanat və hesabatlarla sülh danışıqları prosesinə xələl gətirməyə çalışdı.

Azərbaycanlı deputatlar müxtəlif vaxtlarda Assambleya tribunasından Ermənistanın Laçın yolundan qanunsuz hərbi məqsədlər, təbii sərvətlərin qanunsuz dövriyyəsi üçün istifadə etdiyini və eyni zamanda Laçın yoluna 2021-ci il istehsalı olan minaları yerləşdirdiyini bəyan edəndə AŞPA Ermənistanı qınamadı.

Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Laçında beynəlxalq səviyyədə tanınmış ərazisində sərhəd-nəzarət məntəqəsi yaradanda Parlament Assambleyasının bəzi deputatları yenidən beynəlxalq hüququn əsas prinsiplərinə zidd mövqe tuturlar.

“Beynəlxalq nizama gəldikdə bəzi dəyişməz və mübahisəsiz əsas qaydalar var. AŞPA bilməlidir ki, bu qaydaya görə Laçında sərhəd nəzarətinin yaradılması Azərbaycanın daxili işidir. Qarabağ Azərbaycanın daxili işidir. Üçüncü tərəf sülh danışıqları prosesinə töhfə vermək istəyərsə onu alqışlaya bilərik. Ancaq öz geostrateji məqsədləri üçün ölkəmizə ziyan vurmağa çalışsalar belə, təxribatlara yol verməyəcəyik”, - deyə K.Cəfərov vurğulayıb.

O, erməni tərəfinə qarayaxma kampaniyasına görə beynəlxalq təşkilatlardan sui-istifadə etməyi dayandırmağı tövsiyə edib və bunun heç bir nəticə verməyəcəyini deyib. Ermənistanı məsuliyyətli yanaşmağa, Azərbaycanla sülh müqaviləsi imzalamağa və öz xalqını ümumi həyata hazırlamağa çağırıb.




Baxış sayı: 189
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30