Fact-info.az xəbər verir ki, bunu Rumıniyanın energetika naziri Vircil-Daniel Popesku Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumunun imzalanması mərasimindən sonra jurnalistlərə deyib.
"Rumıniya Rusiya qazından daha az asılılığı olan ölkədir. Bizim formalaşmış qaz hasilatımız var, Qara dənizdə ehtiyatlar aşkarlamışıq. Bütün istehlakın 80-85 faizini istehsal hesabına qarşılayırıq. Artıq Azərbaycanla müqaviləmiz var. Biz "Həmrəylik halqası"nda tranzit rolu oynayacağıq. 2027-ci ilin əvvəlinədək qazımız "Həmrəylik halqası" ilə tədarük olunacaq. Regionda Moldova və Ukrayna da tədarüklərin təhlükəsizliyinin təmin edilməsində dəstəyə ehtiyac duyurlar. Biz Türkiyə olmadan Azərbaycandan çox qaz idxal edə bilmərik. Azərbaycan mühüm oyunçudur, Rumıniya üçün, o cümlədən Bolqarıstan üçün strateji tərəfdaşdır. Bizim uzunmüddətli əlaqələrimiz var. Azərbaycan bütün regionun enerji təchizatında mühüm rol oynayır", - o deyib.
Baxış sayı: 228
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

