FACT-INFO.AZ » XƏBƏR » Bu gün Şəhid Həsənağa Şirvaninin doğum günüdür
23-04-2023, 09:30 | XƏBƏR
Bu gün Şəhid Həsənağa Şirvaninin doğum günüdür

44 günlük Vətən müharibəsi qəhrəmanlarından biri Həsənağa Bəhruz oğlu Şirvani olub. O, 23 aprel 2002-ci ildə Bakı şəhəri, Xəzər rayonunun Binə qəsəbəsində anadan olub. Uşaqlıq illəri doğulduğu Binə qəsəbəsində keçib. 2008-ci ildə Bakı şəhəri, Binə qəsəbəsi şəhid Rəşid Baxışov adına 218 №-li tam orta məktəbinin 1-ci sinifinə daxil olub, 2019-cu ildə həmin məktəbin 11-ci sinifini başa vurub.

Orta təhsilini bitirdikdən sonra həqiqi hərbi xidmətə çağırılıb. Goranboy rayonu, Murovdağ istiqamətində yerləşən "N" saylı hərbi hissədə xidmət edib. Sonradan Həsənağa Şirvani 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsinə qatılıb. Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. 1 oktyabr 2020-ci ildə Murovdağ döyüşlərində Şəhid olub. 

 Özünə hərbçi olmağı arzulayan igid əsgərin Babası Faiq kişi deyir: "Həsənağa çox zaman özündən böyüklərlə həmsöhbət olardı. Deyərdi ki, böyüklərlə həmsöhbət olanda, onlardan nəisə öyrənirəm. Həm evdə, həm məktəbdə, həm də əsgər yoldaşlarının arasında böyük hörmət qazanmışdı".

Şəhidimiz iki ayın əsgəri idi.  Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında imzaladığı Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Bakı şəhəri, Binə qəsəbəsində anadan olan şəhid əsgər Həsənağa Bəhruz oğlu Şirvani  "Vətən uğrunda" , "Hərbi xidmətlərə görə", "Kəlbəcərin azad olunmasına görə" medalları  ilə təltif edilib. 

Yekun olaraq  çox qəddar düşmən üzərində qazandığımız tarixi Zəfərə,  son 200 illik işğala son qoyub, bizə qələbə sevincini yaşatdığına, millət olaraq bizi  bütövləşdirdiyinə görə, Şəhidlərimizə hər zaman borcluyuq! 

Şəhidlərimizin misilsiz qəhrəmanlığı hesabına beli bükülmüş ruhumuza rahatlıq gəldi. Azərbaycanın tək  torpağı deyil, həm də qüruru özünə qayıtdı. Ona görə, hər zaman deyirik və yazırıq Şəhidlər ölməz, Vətən bölünməz! 

Fact-info.az

  




Baxış sayı: 368
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30