FACT-INFO.AZ » SİYASƏT » Hulusi Akar: "Türkiyə olmadan Qafqazda hansısa problemi həll etmək mümkün deyil”
22-04-2023, 15:10 | SİYASƏT
Hulusi Akar: "Türkiyə olmadan Qafqazda hansısa problemi həll etmək mümkün deyil”

Fact-info.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar “Sabah”a müsahibəsində deyib.

O bildirib ki, Türkiyə dünyada və regionda böyük və güclü dövlətdir: “Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə çox ciddi addımlar atmışıq. Beynəlxalq münasibətlər sistemində Ankara artıq ciddi aktordur. Biz 7 iqlim, 3 qitəyə sülhü, sabitliyi gətirmiş atalarımızdan ilham alırıq. İndi Türkiyənin Asiyada, Afrikada çox ciddi təsiri, layihələri var”.

H.Akar həmçinin ölkəsinin təhlükəsizliyi üçün təhdidlərin olduğunu da bəyan edib: “Gizli sanksiyalardan, iqtisadiyyat sahəsində atılan addımlara qədər müxtəlif məqamları sadalamaq olar. Bizə birbaşa təhdid yaradan isə terror qruplaşmaları, o cümlədən PKK-dır. 40 ildir qarşımızı kəsməyə çalışırlar və artıq məsuliyyətimiz də artıb. Öhdəliklərimizi yerinə yetirmək üçün gecə-gündüz çalışırıq. Uzun illərdir başımıza bəla olan terrorçularla mübarizə aparmaqda, onların kökünü kəsməkdə qətiyyətliyik”.

Nazirin sözlərinə görə, Türkiyə Silahlı Qüvvələrinin yeganə hədəfi terrorçulardır: “Bəziləri terrorçulara qarşı mübarizəmizi etnik, dini mübarizə kimi təqdim etməyə cəhd göstərirlər. Kürdlər bizim qardaşlarımızdırlar, yüz illər boyu birlikdə yaşadıq, çörəyimizi, suyumuzu paylaşdıq, cümhuriyyəti birlikdə qurduq. Türkiyə sərhədlərinin təhlükəsizliyini təmin etməyə çalışır. Biz bütün qonşularımızın sərhədlərinə, ərazi bütövlüyünə, suverənliyinə hörmətlə yanaşırıq. Amma qonşularımızdan da eyni anlayışı, terrorla mübarizəmizə mane olmamalarını gözləyirik. Biz mübarizəmizi davam etdirəcəyik. Terror qruplaşmalarının “rəhbər şəxsləri” artıq 2 gecə ard-arda eyni yerdə yata bilmir. PKK, YPG heç zaman kürdlərin təmsilçisi olmayıb. Necə ki, İŞİD də müsəlmanları təmsil etmir”.

O vurğulayıb ki, Türkiyənin sərhədləri lazımi səviyyədə qorunur: “Sərhədlərimizdə təhlükəsizliyimizi təmin etmək üçün xüsusi cihazlar, o cümlədən sensorlar var. Hətta sərhəddən pişik və ya it belə keçəndə xəbərimiz olur. Sərhəd yollarımız da yaxşı vəziyyətdədir. Lazım gələndə PUA-larla da müdaxilə olunur. Hər kəs bunu görməli, bilməlidir. Türkiyə Silahlı Qüvvələrinin inventarında bütün lazımi silahlar var: “Artıq “TCG Anadolu” gəmimiz, İMECE peykimiz var və bunlar sırf müharibə məqsədli deyil. Onlar sülh vaxtında da fəaliyyət göstərəcək. Həmin texnikaların həm də humanitar funksiyası var. Əvvəl tüfənglərimizi də xaricdən alırdıq. İndi bütün yüngül silahlarımızı özümüz istehsal və ixrac edirik”.

H.Akar Türkiyə və Yunanıstan arasında gərginliyin azaldılması üçün adılan addmlardan da danışıb.

“Yunanıstanlı həmkarımla müzakirəmiz konstruktiv keçdi. Bütün problemləri müzakirə etdik və gördük ki, hər iki tərəf problemlərin həllində maraqlıdır. İnşallah, gələcəkdə də problemlərin həlli üçün çalışacağıq”, - nazir vurğulayıb.

O qeyd edib ki, güclü Türkiyə güclü NATO deməkdir və hər kəs də bunu bilməlidir: “Alyansın Baş katibi Yens Stoltenberq obyektiv insandır, fikirlərimizi təsdiqləyir. Ümumiyyətlə, indi Türkiyə böyük gücdür. Rusiya və Ukraynanı da masa arxasına oturtduq. “Taxıl dəhlizi”nin təşəbbüskarı olduq. İndiyə kimi 28 milyon tondan çox taxıl dünya ölkələrinə ixrac olunub. Bunu biz bacardıq. Biz “Taxıl sazişi”nin müddətinin uzadılmasını istəyirik. Əgər bu olmasa, yəni, müqavilənin müddəti uzanmasa taxıl qiyməti sürətlə artacaq. Həmçinin, Afrikada aclıq olacaq. Sonra siyasi qeyri-sabitlik yaranacaq. Yəni, həm beynəlxalq, həm də regional təhlükəsizlik təhdidləri yaranar. Ona görə bu sazişin müddətinin uzadılmasını istəyirik”.




Baxış sayı: 171
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30