Fact-info.az xəbər verir ki, ÇXR Kommunist Partiyasının Benbu şəhər komitəsinin katibi Xuan Siaovu Azərbaycanın Benbu şəhərinin “Qədim məskənlər” mədəniyyət parkına dəstək göstərən ilk ölkələrindən olduğunu vurğulayaraq Heydər Əliyev Fondu tərəfindən parkda yaradılan “Azərbaycan mədəniyyətinə pəncərə” adlı milli pavilyonun qurulmasına görə təşəkkür edib.
2021-ci ildən fəaliyyət göstərən “Azərbaycan mədəniyyətinə pəncərə” pavilyonunun parka mütəmadi gələn ziyarətçilərin marağına səbəb olduğu bildirilib. Cənab Siaovu şəhərin turizm potensialının gələcəkdə artacağı səbəbindən parka və pavilyona da yüksək ziyarət axını olacağını qeyd edib.
Tayhu Dünya Mədəniyyət Forumunun rəhbəri Cen Çuansin ötən forumda Azərbaycanın fəxri qonaq qismində iştirakını və Azərbaycan Prezidenti İlham Əliyevin forum iştirakçılarına müraciətinin mədəni əlaqələrin inkişafı baxımından əhəmiyyətindən söz açıb. O, gələcək forumlarda da Azərbaycanla əməkdaşlıq etmək niyyətini bildirib.
Baxış sayı: 222
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex
Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia
UN Human Rights Council adopts resolution on landmines promoted by Azerbaijan
Foreign Ministry: Azerbaijani captain killed, one missing in drone attack on cargo ship in Black Sea

