FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Əcnəbi media Nizami Gəncəvi yaradıcılığından yazıb
20-04-2023, 20:20 | MƏDƏNİYYƏT
Əcnəbi media Nizami Gəncəvi yaradıcılığından yazıb

Fact-info.az xəbər verir ki, məqalədə Nizami Gəncəvinin Azərbaycan, Şərq və dünya ədəbiyyatındakı yeri və mövqeyi, böyük şairin həyatı, yaradıcılığı, xüsusilə dünyada məşhur olan poemalar toplusu “Xəmsə” haqqında ətraflı məlumat verilir. Nizami Gəncəvinin Yaxın və Orta Şərqin ən böyük mədəniyyət və ticarət mərkəzlərindən, Qafqazın ən qədim şəhərlərindən biri olan Gəncə şəhərində anadan olduğu yazılır.

Bildirilir ki, Avropada XV və XVI əsrin əvvəllərində diqqəti cəlb edən dəyərlər Nizami Gəncəvi yaradıcılığının əsas mehvəri olub. Qadının cəmiyyətdə yeri, gender bərabərliyi məsələsi, ədalət, təbiətə hörmət, düşünmək azadlığı kimi dəyərlər Nizami yaradıcılığında Avropadan bir neçə əsr əvvəl yer alıb.

Məqalədə, Nizami Gəncəvi yaradıcılığı və onun əsərlərinin Avropa ədəbi məktəbləri ilə müqayisəli təhlili təqdim olunub. Bildirilib ki, Nizami Gəncəvi humanizmi xalqlar arasında harmoniyaya yönəlib. Nizami Gəncəvi əsərləri gender bərabərliyinin, sivilizasiyanın güzgüsüdür. İnsanları cəhalətdən, bir-birinə qarşı münaqişədən çıxarıb, birliyə, barışığa çağırır.

Müəllif vurğulayır ki, Nizami Gəncəvinin əsərləri bir çox dillərə tərcümə olunub, onun əsərlərinin əlyazmalarının nadir surətləri dünyanın nüfuzlu kitabxanalarında və muzeylərində saxlanılır.

Yazıda, həmçinin diqqətə çatdırılıb ki, Nizami Gəncəvinin yubileyləri ölkəmizdə hər zaman təntənə ilə keçirilib. Dahi şairin 800 illik yubileyi onun irsinin tədqiqi və təbliğində əsaslı dönüş yaratmışdır. Azərbaycanın klassik ədəbi-mədəni irsinə həmişə milli təəssübkeşlik və vətənpərvərlik mövqeyindən yanaşan Ümummilli Lider Heydər Əliyev Nizami irsinə də xüsusi diqqət yetirib. Heydər Əliyevin təşəbbüsü ilə 1979-cu ildə qəbul olunmuş “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərar Nizami yaradıcılığının tədqiqi və təbliği üçün yeni perspektivlər açıb. Ölməz sənətkarın 1981-ci ildə Ulu Öndərin bilavasitə təşəbbüsü və iştirakı ilə keçirilən 840 illik yubiley mərasimləri ölkənin mədəni həyatının əlamətdar hadisəsinə çevrilib.

Qeyd olunur ki, 1991-ci il UNESCO tərəfindən şairin 850 illik yubileyi şərəfinə “Nizami İli” elan edilib. Həmçinin 2011-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Nizami Gəncəvinin 870 illik yubileyinin təntənəli qeyd edilməsi haqqında Sərəncam imzalayıb və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu şairin əsərlərini daha çox xarici dillərə tərcümə olunmuş şəkildə nəşr edib. Bununla yanaşı, 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə dahi Azərbaycan şairi Nizami Gəncəvi irsinin dünyaya tanıdılması məqsədilə Beynəlxalq Şuranın nəzdində beynəlxalq mərkəz yaradılıb.

Müəllif, həmçinin qeyd edib ki, Nizami Gəncəvinin anadan olmasının 880-ci ildönümü ilə əlaqədar Prezident İlham Əliyev 2021-ci ilin Azərbaycanda "Nizami Gəncəvi İli" elan edilməsi haqqında Sərəncam imzalayıb.




Baxış sayı: 184
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30