Digər tərəfdən bu orucluq məqamı bir çox yolunu azmışlara, böyük sərvətlərdən başını itirənlərə, cəmiyyətədəki dəyərlərə həqarətlə yanaşanlara bir insanlıq mesajıdır. Nəfsani istəklərdən uzaqlaşmağa, ədəb-ərkana, ən azından yoxsullar haqqında düşünməyə çağrışdır. Bu müsbət tendensiyanın Ramazandan sonrakı dönəmlərdə də geniş tətbiqi zəruridir.
Orucluğun mahiyyəti yalnız mədəni ac saxlamaqla yekunlaşmamalıdır. Mənim qənaətimcə, Ramazanın sosial, fəlsəfi, tibbi mahiyyəti cəmiyyətə islam alimləri tərəfindən daha peşəkar səviyyədə çatdırılmalıdır. Təəssüf ki, savadsız, təfriqə yaradan din adamlarının çıxışları islamın əsl mahiyyətinə kölgə salır. Bu baxımdan sivilizasayalı islamı dərk edən, elmli, dürüst islam alimlərinin geniş maarifçilik işlərinə ehtiyac hiss edirik. Allah Hacı Şahin Həsənliyə rəhmət eləsin. Onun yeri, yoxluğu hiss olunur.
Yekunda Ramazan bayramı münasibətilə hər kəsi təbrik edirəm. Ramazan işığı yolunuza işıq salsın, həyatınıza, ömrünüzə bərəkət gətirsin!
Əkrəm Bəydəmirli
Baxış sayı: 259
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

