FACT-INFO.AZ » XƏBƏR » Ombudsman: "Ermənistanda türk mənşəli 521 yaşayış məskəninin adı erməni adı ilə dəyişdirilib"
20-04-2023, 13:55 | XƏBƏR
Ombudsman: "Ermənistanda türk mənşəli 521 yaşayış məskəninin adı erməni adı ilə dəyişdirilib"

Fact-info.az verir ki, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva “Heydər Əliyev ili” çərçivəsində Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya əzəli Azərbaycan - Türk torpaqları olan Zəngəzur həqiqətləri” mövzusunda konfransda deyib.

Onun sözlərinə görə, Errmənistanın Azərbaycana qarşı işğalçılıq və etnik təmizləmə siyasəti tarixi ərazilərimizin zəbt edilməsi, mülki əhaliyə qarşı törədilmiş cinayətlərlə məhdudlaşmamış, yaşı min illərlə ölçülən tarixi, dini, mədəni sərvətlərimiz də vandal siyasətinin hədəfinə çevrilib:

“Xüsusilə də son 30 il ərzində xalqımıza məxsus tarixi abidələr, məscidlər və ziyarətgah yerləri, qəbiristanlıqlar dağıdılıb, şair və yazıçılarımızın, ziyalılarımızın ev muzeyləri talan edilib, büstləri güllələnib, mədəni irsimizə aid əsərlər, klassik ustadların əlyazmaları məhv edilmiş, çox qiymətli əşya və nadir eksponatlar oğurlanıb və Ermənistan ərazisinə daşınmışdır. Azad edilmiş ərazilərimizdəki 67 məsciddən 65-i tamamilə dağıdılmış, digərləri təhqir edilərək heyvanların saxlama yeri kimi istifadə olunub.

Azərbaycanlıların bu ərazilərdəki varlığını inkar etmək məqsədi ilə abidələrimizin dağıdılması və məhv edilməsi ilə yanaşı, mədəni irsimizin bir hissəsinin, o cümlədən məscidlərimizin məqsədyönlü şəkildə digər qonşu xalqlara aid edilməsi kimi bədnam saxtakar əməllər də törədilib”.

Səbinə Əliyeva qeyd edib ki, xalqımıza qarşı törədilmiş ən böyük təxribatlardan biri də Sovet hakimiyyəti illərində Ermənistan ərazisində azərbaycanlılara məxsus toponimlərin erməniləşdirilməsi olub və bu, məqsədyönlü şəkildə icra edilərək o zamankı dövlət rəsmilərinin fəaliyyətində vacib elementə çevrilib:

“Nəticədə həmin dövrdə indiki Ermənistan ərazisində 521 türk mənşəli yaşayış məskənlərinin adları erməni adları ilə dəyişdirilib. Bu kimi vandal fəaliyyət 30 illik işğal dövründə də davam etdirilmiş, virtual məkanda Azərbaycan adlarının erməni adları ilə əvəz edilməsinə cəhdlər göstərilmişdir.

Ermənistanın bu cür barbar əməllərdən istifadə etməkdə məqsədi xalqımızın minilliklər boyu yaşadığı qərbi Azərbaycan torpaqlarında, eləcə də Qarabağ və ətraf regionlarda onun tarixi keçmişini, buradakı Azərbaycan izlərini, minilliklər boyu xalqımızın yaratmış olduğu mədəni irsi məhv etmək olub.

İşğal dövründə Azərbaycanın mədəni, tarixi, dini irsinə dəymiş ziyanın, bütövlükdə məhv edilmiş maddi mədəniyyət nümunələri barədə faktların daim diqqətdə saxlanılması və bu danılmaz faktlar barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması çox vacibdir”.




Baxış sayı: 159
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30