Fact-info.az xəbər verir ki, məktəblilər arasında Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş inşa yazı müsabiqəsi yekunlaşıb. Dünən isə Səfirliyimizin təşkilatçılığı ilə Bişkekdə Dövlət Tarix Muzeyinin binasında Ulu öndərə həsr olunmuş foto və rəsm sərgisinin açılışı olub. Sərgidə Qırğızıstanın hökumət və parlament üzvləri, xarici ölkələrin diplomatları, ziyalılar, Azərbaycan diasporunun üzvləri iştirak ediblər.
Milli məclisin deputatları Musa Urud və Cavanşir Feyziyev birgə sərgini izləyib və Ulu öndərin Azərbaycan xalqı və türk dünyası qarşısındakı misilsiz xidmətlərindən danışıblar, yerli mətbuata açıqlama veriblər. Sərgidə həm də tanınmış rəssam Nailə xanım Qəndilovanın Azərbaycana ithaf etdiyi əsərlər nümayiş etdirilir. Böyük maraqla qarşılanan foto sərgi 3 gün davam edəcək.
Bu gün isə Qırğızıstan Parlamentində (Joqorku Keneş) Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans öz işinə başlayacaqdır. Konfransda deputatlarımızın da məruzələri dinləniləcək.
Baxış sayı: 198
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

