FACT-INFO.AZ » SİYASƏT » Rusiya Dumasının komitə sədri Azərbaycana qarşı təxribatçı bəyanatla çıxış edib
19-04-2023, 19:15 | SİYASƏT
Rusiya Dumasının komitə sədri Azərbaycana qarşı təxribatçı bəyanatla çıxış edib

Fact-info.az APA-ya istinadən xəbər verir ki, Dumanın hakim Vahid Rusiya Partiyasından olan deputatı "rusarminfo" saytına açıqlamasında Azərbaycanın və Türkiyənin ünvanına təxribatçı fikirlər səsləndirib.

Belə ki, Rusiya ermənilərinin informasiya saytının Kremlin sözçüsü Dmitri Peskovun bu gün yayılan "Rusiya, Azərbaycan və Ermənistanın Qarabağ üzrə üçtərəfli razılaşmaları vəziyyətin həlli üçün yeganə real əsasdır, onların həyata keçirilməsi zəruridir. Rusiya tərəflərin gərginliyin azaldılmasına gətirib çıxara biləcək və üçtərəfli razılaşmaların həyata keçirilməsi istiqamətində gələcək irəliləyişə töhfə verəcək istənilən addımını alqışlamağa hazırdır” bəyanatı ilə bağlı sualını cavablandıran Matveyçev guya Azərbaycan və Türkiyənin münaqişənin davam etdirilməsində maraqlı olduqlarını deyib. O, Bakı və Ankaranın münaqişəni davam etdirmək üçün Ermənistanı təxribata çəkdiklərini söyləyib.

Rusiya parlamentində informasiya siyasətinə cavabdeh olan komitə sədri indiyə kimi əldə olunan üçtərəfli razılaşmaların və münaqişənin dayanmasının guya Azərbaycan və Türkiyəni qane etmədiyini bildirib. "Onlar hesab edirlər ki, tamamilə hər şeyi əldə edə bilərdilər. Lakin Rusiya ilə hesablaşmaq məcburiyyətində qaldılar. Buna uyğun olaraq dayandılar”, - deyə rusiyalı ermənipərəst parlamentari Azərbaycan ilə Rusiya arasında olan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin ruhuna uyğun olmayan açıqlama verib.

Rusiya ermənilərinin saytında Matveyçevin səs yazısı olan videoçarx yerləşdirilib. Səs yazısında rusiyalı deputat Cənubi Qafqazda sülhün Azərbaycan, Türkiyə və Qərbi qane etmədiyini iddia edir. "Ona görə də, onlar əllərindən gələni edəcəklər ki, münaqişəni təxribat etsinlər. Haradasa, əldə olunan hansısa razılaşmaları icra etməyəcəklər, haradasa hansısa insidentlər törədəcəklər ki, ya Ermənistan, ya da Rusiya sazişdən çıxsın. Belə olan halda, vəziyyət müharibə statusuna qayıdır və onlar irəliyə gedirlər və müharibə aparırlar. Ona görə də vəzifə bu cür təxribatlara cavab verməməkdən, dialoq aparmaqdan və razılaşmaları reallaşdırmaqdan, o cümlədən bu razılaşmaları imzalayanları onları reallaşdırmağa məcbur etməkdən ibarətdir", deyə rusiyalı deputat fikrini tamamlayıb.




Baxış sayı: 185
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30