FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş yeni monoqrafiya nəşr olunub
19-04-2023, 08:05 | MƏDƏNİYYƏT
Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş yeni monoqrafiya nəşr olunub

Fact-info.az xəbər verir ki, əsər Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illiyinə həsr olunub. Monoqrafiya Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəylinin elmi redaktorluğu, A.A.Bakıxanov adına Tarix İnstitutunun “Əliyevşünaslıq” şöbəsinin müdiri, tarix elmləri doktoru Ədalət Qasımovun rəyi ilə “Elm” nəşriyyatında çapdan çıxıb.

Monoqrafiya Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə başlayır.

Monoqrafiyada Heydər Əliyev şəxsiyyətinin böyüklüyünə, fenomen keyfiyyətlərinə nəzər salınır, onun ideyaları və siyasətinin Azərbaycanın uğurlarının əsası olduğu göstərilir.

 Əsərin “Ön söz”ündə xalqımızın Ümummilli lideri Heydər Əliyevin Azərbaycanın tarixində, hərtərəfli inkişafında, ölkənin xaos və anarxiyadan xilasında, dünya birliyində öz layiqli yerini tutmasında müstəsna xidmətlərinin olduğu qeyd olunur.

Altı fəsildən ibarət əsərin ilk fəsli “Heydər Əliyev şəxsiyyəti və siyasəti” adlanır. Burada qüdrətli siyasət və dövlət xadimi Heydər Əliyevin fenomenal keyfiyyətlərindən söz açılır. Qeyd olunur ki, onun iti ağlı, polad iradəsi, güclü məntiqi təfəkkürü, möhkəm yaddaşı, uzaqgörənliyi, ən əsası, çətin məqamlarda atdığı cəsarətli addımlar ölkənin işıqlı sabahının, türk dünyasının qarşılıqlı əlaqələrinin möhkəmlənməsinin qarantı olmuş, dünya miqyaslı siyasətçi kimi qəbul edilmişdir.

Növbəti fəsildə ümummilli lider Heydər Əliyevin Azərbaycana qayıdışından, Naxçıvanın milli-azadlıq hərəkatının mərkəzinə çevrilməsindən, Naxçıvan MSSR Ali Sovetinin Heydər Əliyevin təşəbbüsü ilə qəbul etdiyi tarixi qərarlardan, habelə Ulu öndərin Azərbaycan SSR Ali Sovetindəki tarixi çıxışlarında toxunduğu vacib məsələlərdən bəhs olunur.

“Heydər Əliyevin dövlətçilik təlimi” başlıqlı üçüncü fəsildə uzaqgörən liderin dövlətçilik təlimi və onun tərkib hissələri önə çəkilir. Dahi liderin dövlətçilik təlimində elmin, təhsilin, mədəniyyətin, milli mənəvi dəyərlərin özünəməxsus və əhəmiyyətli yeri diqqətə çatdırılır. Hələ ölkəyə rəhbərliyinin birinci dövründə Heydər Əliyevin erməni ərazi iddalarının fakt və dəlillərlə əsassızlığını sübut etməsindən, vətən torpağının hər qarışı üçün mübarizəsindən söz açılır.

Monoqrafiyanın dördüncü fəsli “Heydər Əliyev: tarix və tarixi günlər” adlanır. Bu fəsildə Heydər Əliyevin milli tarix konsepsiyasından, eləcə də tarixi yaddaşımıza əsaslanan, dövlətçiliyimizə və milli birliyimizə xidmət edən əlamətdar günlərlə bağlı imzaladığı mühüm tarixi sənədlərdən bəhs olunur. Vurğulanır ki, Ulu öndər Heydər Əliyev mühüm tarixi hadisə və materialların öyrənilməsi və obyektiv qiymətləndirilməsi, xalqın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması üçün vaxtında və lazımi tədbirlər həyata keçirmişdir.

“Heydər Əliyev və Naxçıvanın inkişaf strategiyası” adlanan növbəti fəsildə dahi rəhbərin Naxçıvana, bölgənin tarixinə, burada elmin inkişafına bəxş etdiyi töhfələrdən, AXC-Müsavat hakimiyyətinin Naxçıvana dair siyasətinin iflasından danışılır. Ulu öndərin fəaliyyətində Naxçıvan və onun ərazi bütövlüyü məsələsinin mühüm yer tutduğu diqqətə çatdırılır, diyarın görkəmli yetirmələri barədə məlumat verilir.

Monoqrafiyanın sonuncu fəsli “Heydər Əliyev ideyaları Azərbaycanın uğurlarının əsasıdır” başlığı daşıyır. Fəsildə qeyd olunur ki, Azərbaycanın dayanıqlı inkişafı Heydər Əliyevin müəyyənləşdirdiyi sağlam təməllər, uzaqgörən siyasət əsasında bu gün Heydər Əliyev yolunun layiqli davamçısı, ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş monoqrafiya “Nəticə”, 100-dən artıq mənbənin yer aldığı ədəbiyyat siyahısı ilə yekunlaşır.




Baxış sayı: 197
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30