FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » 1918-ci ildə Basarkeçərin Kərkibaş kəndində ermənilərin törətdikləri vəhşiliklər – Hadisə şahidinin söylədiklərindən
17-04-2023, 14:10 | TƏDQİQATLAR-ANALITIKA
1918-ci ildə Basarkeçərin Kərkibaş kəndində ermənilərin törətdikləri vəhşiliklər – Hadisə şahidinin söylədiklərindən

1918-ci ildə ermənilər bizim Kərkibaş kəndinə tez-tez hücum edirdilər. Kəndin igid oğlanları (Cəlil əmim, Əliş, Məhəmməd, Cavad, Abbas və başqaları) özlərini müdafiə etmək üçün ermənilərin silahlı hücumuna cavab verirdilər. Cəlil əmim (Zeynalabdinin əmisi) sərrast atəşlə üç erməni quldurunu (Tüstülü İsacanı, Şimavonu, Zağalı Xurşudu) öldürür. Ermənilər bunu görəndə daha da azğınlaşırlar. Onlar sayca çox olsalar da, əmimi üzbəüz vura bilmirlər. Ermənilərdən biri əmimi arxadan - ombadan vurub yaralayır. Sonra başqa bir erməni də ona arxadan atəş açaraq güllə ilə vurub öldürür. Əmim öləndən sonra ermənilər onun çuxasını, məngülə arxalığını və şalvarını soyundurub gümüş kəmərini, xançalını, papağını, osmanlı beşatılanını götürürlər. Meyitini sürüyüb elə qənşər, dik yerə qoyurlar ki, onu oradan aparmaq asan olmasın. Üç gün meyit orda qalır, onu gətirmək mümkün olmur. Qohum-əqrəba sonra belə qərara gəlir ki, qaranlıq düşəndə meyiti dəfn etsin. Bu məqsədlə Cəlilin əmisi oğlu Dünyamalı, onun qardaşları ( Süleyman, Molla Həmid), anası Sədət xanım qaranlıq düşən kimi həmin yerə gələrək meyiti bir kilimin üstünə qoyub sürüyə-sürüyə gətirib dərənin başına çıxarırlar.

Ərazinin relyefinin çətin olmasından istifadə edən Zağalı Şetoy güllə ilə Dünyamalını gözündən vurur, dərd üstünə dərd gəlir. Cəlil əminin meyitini gətirib yolun üstündəki qəbiristanlıqda dəfn edirlər. Qohum-əqrəba Dünyamalını ağır vəziyyətdə tanınmış loğman Hacı Nağının (qonşu Qanlı kəndindəndir) yanına aparırlar. Hacı Nağı onu müalicə etsə də, Dünyamalı üç aydan sonra vəfat edir. Ardınca Dünyamalının arvad-uşağı da xəstəlikdən vəfat edir, yurdu boş qalır.

O deyib: “Cəfər babamızın həyat yoldaşı Sədət nənə Çamırlı kəndindən idi. Aşıq Alının anası Fatma isə Sədətin bibisi olub. Sədət nənəmiz çox cəsur və çevik bir qadın idi. O, at çapmaqda, sərrast güllə atmaqda çox mahir imiş. Beşatılanı ilə ermənilərə qarşı Göyçənin Həcəri kimi vuruşurmuş. Ondan kəndxuda, pristav, dövlət adamları belə qorxurlarmış.

1918-ci ildəki qaçaqaç dövründə qadınları Kərkibaşdan Sədənağaca (Güney) gətirəndə yolda ermənilərlə vuruşaraq bir neçə düşməni beşatılanla öldürüb. O Gilli çayından qadınları çox çətinliklə keçirib. Sədət nənə insanları Sədənağaca gətirib deyir ki, buradan dağları aşıb Gədəbəyə gedərsiniz. Sədət nənəmiz Güney qəbiristanlığına çatanda ürəyi kövrəlir. Oradan vətəni Çamırlıya – Kərkibaşa baxır. Ürəyi dayanıb vəfat edir. Onu Sədənağac qəbiristanlığında dəfn edirlər.

Sən demə faciə hələ bitməyibmiş. 1918-ci ilin martında Mollalıda Sədət nənənin qardaşı oğlanları (Murad, Xasay, Səməndər) eşidirlər ki, ermənilər Cəlil əmimi qətlə yetiriblər. Onlar Qızılvəndə- Qaçaq Əhmədin evinə gəlirlər. Əhməd onları dağ yolu ilə Kərkibaşa yola salır. Amma onlar yasda iştirak edə bilmirlər. Ermənilər onları qətlə yetirib quyuya atır. Bundan əlavə, anamın qardaşı oğlanları (Səkinənin) Alı ilə Mojdun ( Məcnun) qoyun otardıqları yerdə Sulikovun əsgərləri ilə qarşılaşırlar. Ermənilər silahsız cavanları öldürüb, qoyun sürüsünü də aparırlar.

1918-ci ildə Sulikovun qoşunları Kərkibaşın Qoşa təpə adlanan yerində Cəfər babamın sürüsünü (100 baş mal, 10 öküz, 5 at, 500 qoyun) otaran oğlanlarına - Mahmuda və Cabbara hücum edib mal-qaralarını əllərindən alırlar. Oğlanlar isə qaçıb canlarını qurtarırlar. Bunları yazdıqca ürəyimdən qara qanlar axır”.

Əmiraslan Cəfərov bildirib ki, erməni vəhşiliyi saysız-hesabsızdır, yazmaqla qurtaran deyil: “Kəndimizdə Çuluq Rəhim adlı kasıb bir kişi varmış. 1918–ci ilin Novruz bayramı günü ermənilər onun evinə doluşub, hər şeyini qarət edib, qapıdakı qalağa od vururlar. Sonra Rəhimi atırlar odun içinə, kişi yanıb külə dönür.

Bizim, yəni, müsəlmanların, xüsusilə azərbaycanlıların təbiətində sadəlik, ürəyində Allah xofu, qəlbində haqqa tapınma olduğundan uşaq qədər sadəlövhdürlər, hər şeyə inanırlar. Sadəlövhlük başımıza həmişə bəla gətirib, gətirəcək də. Belə ki, 1918-ci ildə kərkibaşlı qohumumuz Şirməmmədi Zağalı keşiş aldadıb öz evinə aparır. Əslində Şirməmməd neçə illər imiş ki, keşişlə dostluq edirmiş. Şirməmməd keşişin sədaqətinə inandığından onu evinə gedir. Amma keşişin qəlbindən keçənləri nə bilsin? Keşiş Şirməmmədi Zağalının üstündəki paroxod dayanan yerdəki böyük zağaya aparır. Şirməmməd gözləri qan çanağına dönən erməniləri görüb işi başa düşür, keşişə deyir: “Bu nədir? Axı biz dostuq. Sən məni haraya gətirmisən?”. Keşiş onun sözünə heç əhəmiyyət vermir. Oğlanlarına işarə edir ki, bunun işini bitirsinlər. Keşişin oğlanları Şirməmmədi tikə-tikə doğrayıb quyuya atırlar.

Aradan xeyli keçəndən sonra (1918-1920) - 1921–ci ildə azərbaycanlılar yenə öz yurdlarına qayıdırlar. Şirməmmədin qardaşları (Səfəralı, Bəyməmməd) keşişin oğlanlarına deyirlər: “Heç olmasa qardaşımızı qətlə yetirdiyiniz yeri deyin. Gedib sümüklərini gətirib qəbiristanlıqda torpağa basdıraq. Keşişin oğlanları Şirməmmədi qətlə yetirdikləri zağanı (quyunu) Səfəralı və Bəyməmmədə nişan verirlər. Qardaşlar zağaya girəndə dəhşətə gəlirlər. Baxırlar burada 30-40 adamın cəsədi var. Bu faciəli mənzərə qardaşlara çox pis təsir edir, onlar az qalırlar ki, dəli olsunlar. Adamların paltarlarının cırıqları, çarıq, patava bir tərəfdə, başsız cəsədlər, kəllələr o biri tərəfdə... İnsanın ürəyi nə qədər daş olmalıdır ki, bu dəhşətli mənzərəyə, faciəyə ötəri baxıb keçsin. Söz yox ki, qardaşlar cəsədləri yığıb el adəti ilə qəbiristanlıqda dəfn edirlər”.

Yaxşı yadımdadır (Zeynalabdin müəllimin dediklərindən), Səfəralı kişi deyirdi: “Ermənilər həmişə bizə düşmən olublar, olacaqlar da. Mən heç vaxt o zağadakı gördüklərimi unutmayacağam. Yadımdadır, o hadisədən sonra uzun müddət özümə gələ bilmədim. İndi də bu hadisə yadıma düşəndə dəhşətdən bədənim əsir”.

Əmiraslan Cəfərov bildirib ki, erməni vandalizminin vurduğu yaralar heç vaxt sağalan deyil. Həmin cinayətlər bizim qəlbimizdə əbədi iz salıb. Sovet hökuməti qurulduqdan sonra azərbaycanlılar yenidən öz yurd-yuvalarına köçür, Qaraimanlı Məşədi İsa və Daşkəndli Hacı Rəhim də vətənlərinə gəlirlər. İnsanlar öz işləri ilə məşğul olmasına baxmayaraq, kommunist cildinə girmiş daşnaklar 1924-cü ildə Qaraimanda Məşədi İsanı otağında, Hacı Rəhimi isə Daşkəndin aşağısında “Binnətin zağası” altında öz əkin yerində güllə ilə vurub öldürürlər. Ermənilər 1918-ci ildə Cəlil əmimi öldürdükdən sonra onun iki uşağını-( 2-3 yaşı olan Cəfər və Səfər yetim qalmış) balaca Cəfər xəstəlikdən ölmüş, lakin Səfəri atam Mahmud və anam Səkinə (Zeynalabdinin ata və anası) öz oğlu kimi böyütmüşlər.

1948-1952-ci ildə Stalin-Mikoyan siyasətindən irəli gələn vətəndən köçürülmə nəticəsində 1948-ci ilin yayında Cabbar əmim Ucarın Qazyan kəndində istidən vəfat etdi. Əmimin iki uşağı (Xuraman, Xıdır) yetim qaldı. Onları da atam və anam öz uşaqları kimi böyütdülər. Lakin atam 1953-cü ildə, anam isə 1960-cı ildə (Zeynalabdinin ata və anası) vəfat ediblər. Bu ailələrin ağırlığı atam Zeynalabdin və anam Saniyənin (1930-2018) üstünə düşdü. Atamgil: 4 bacı, 3 qardaş (7 nəfər), atamın ailəsi isə 2 qız, 5 oğuldan (7 nəfər) ibarət idi. Onlar digər ailələrlə birlikdə 20 nəfərdən çox olublar. Hamısını atam Zeynalabdin böyüdüb və evləndirib. Biz 1988-ci ildə Mixail Qorbaçovun siyasəti nəticəsində daşnakların təsiri nəticəsində vətənimizdən zorla didərgin salınaraq Azərbaycanın digər ərazilərinə pənah gətirdik. Nəticədə Bakıda məskunlaşdıq. Atam 2 dəfə, mən isə 1 dəfə qaçqın düşmüşük və bunları görərək yaşamışıq. Atam Zeynalabdin 2003-cü ildə, anam Saniyə isə 2018-ci ildə Vətən – Göyçə deyə-deyə vəfat ediblər.

Qərbi Azərbaycanın Göyçə mahalından olan Əmiraslan Cəfərov




Baxış sayı: 222
Azərbaycanın Orta Güc statusu ilə bağlı araşdırma dərc olunub Dünən, 19:00 Rəcəb Tayyib Ərdoğan: Türkiyə Afrika ölkələri ilə bərabərhüquqlu və qarşılıqlı faydalı münasibətlər qurur Dünən, 18:00 Əmək bazarının İKT mütəxəssislərinə olan tələbi öyrənilib Dünən, 17:00 Azerbaijani Culture Days to open in Turkmenistan Dünən, 15:30 QHT Agentliyində könüllülərlə görüş keçirilib Dünən, 13:30 Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək Dünən, 13:30 “4-cü Milli Kibertəhlükəsizlik Forumu” keçirilir Dünən, 10:30 Akademikin 90 illiyinə həsr olunan elektron məlumat bazası hazırlanıb Dünən, 09:30 Zelenski: Ukrayna müharibənin diplomatik yolla başa çatdırılmasının istənilən formatına hazırdır Dünən, 09:30 Xəzərdə zəlzələ olub Dünən, 09:30 Ermənistanın Aİ-yə inteqrasiyası Rusiya ilə əlaqələrin kəsilməsi deməkdir - Şoyqu Dünən, 08:00 Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov vəfat edib 3-06-2026, 20:00 Zəngilanda növbəti əmək yarmarkası keçirilib 3-06-2026, 18:00 US Secretary of State: TRIPP project is the anchor of a peace agreement between Armenia and Azerbaijan 3-06-2026, 17:30 В Баку начала работу международная конференция на тему возвращения в Западный Азербайджан 3-06-2026, 16:00 Məcburi köçkün statusu qanunvericilik çərçivəsində yenidən tənzimlənir 3-06-2026, 15:00 Baş nazir: Gürcüstan-Azərbaycan-Türkiyə əməkdaşlığı bizim üçün xüsusi əhəmiyyət kəsb edir 3-06-2026, 15:00 Zəngəzur layihəsinin əngəllənmək ehtimalı yoxdur 3-06-2026, 11:00 Qərbi Azərbaycana qayıdış mövzusunda I beynəlxalq konfrans başlayıb 3-06-2026, 11:00 BMT: Yaxın Şərqdəki müharibənin pozduğu humanitar təchizat zəncirləri 2027-ci ildən əvvəl bərpa olunmayacaq 3-06-2026, 10:00 Tramp İrandan nüvə öhdəliklərinin yazılı təsdiqini tələb edir 3-06-2026, 09:00 Ukraynalı uşaqların növbəti qrupu reabilitasiya üçün Azərbaycana yola salınıb 3-06-2026, 08:00 XİN: Azərbaycan-Ermənistan normallaşma və sülh prosesi müzakirə olunub 2-06-2026, 21:00 Rubio: TRIPP layihəsi Ermənistan və Azərbaycan arasında sülh sazişinin lövbəridir 2-06-2026, 21:00 ABŞ Dövlət katibinin köməkçisi Şəhidlər xiyabanını ziyarət edib 2-06-2026, 18:30 Vətən sevgisinin alovunda ucalan ömür 2-06-2026, 17:18 Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb 2-06-2026, 14:30 "Mərkəzi Asiyada yaşıl enerjinin inkişafı üçün unikal imkanlar mövcuddur" - Özbəkistanın energetika naziri 2-06-2026, 11:30 Avropada Azərbaycanın zəngin mədəni irsi nümayiş etdirilib 2-06-2026, 11:00 Beynəlxalq Türk Akademiyası əməkdaşlığı genişləndirir 2-06-2026, 10:00
Köşə yazarları
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930