FACT-INFO.AZ » İQTİSADİYYAT » Azərbaycan ilə Şanxay Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub
17-04-2023, 12:05 | İQTİSADİYYAT
Azərbaycan ilə Şanxay Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub

Fact-info.az xəbər verir ki, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatının dialoq tərəfdaşı kimi fəal rolunu vurğulayan baş katib Can Min son dövrlər ölkəmizin təşkilat çərçivəsində keçirilən tədbirlərdə fəal iştirakını təqdir edib. ŞƏT-in ötən ilin sentyabrında Səmərqənddə keçirilən Sammitində Azərbaycan Prezidenti İlham Əliyevin iştirakını xüsusi vurğulayan Can Min təşkilat ilə Azərbaycan arasında səmərəli əməkdaşlıqdan danışıb. Baş katib ŞƏT-in tədbirlərində Heydər Əliyev Fondunun yaxından iştirakının Azərbaycan-ŞƏT əməkdaşlığını möhkəmləndirdiyini deyib, Azərbaycanın təşəbbüsü ilə ŞƏT-in katibliyində keçirilmiş bir sıra mühüm tədbirlər sayəsində Azərbaycanın mədəni-humanitar potensialı nümayiş etdirildiyini bildirib.

Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrə böyük önəm verdiyini vurğulayaraq, müxtəlif sahələrdə əməkdaşlığın inkişafı perspektivlərindən danışıb. A.Ələkbərov bildirib ki, Azərbaycan ŞƏT-in dialoq tərəfdaşı statusunu aldıqdan sonra Heydər Əliyev Fondu təşkilatlın katibliyi ilə sıx əməkdaşlıq edərək, bir neçə tədbir, o cümlədən 2018-ci ildə Azərbaycan mədəniyyəti günü, “Nizami Gəncəvi İli” çərçivəsində “Nizami Gəncəvi – bütün bəşəriyyətin şairi” adlı tədbir keçirib. O, Heydər Əliyev Fondunun hədiyyəsi olan dahi şairin büstünün Şanxay Əməkdaşlıq Təşkilatının katibliyinin binasında daim nümayiş olunmasının Azərbaycan üçün böyük rəmzi xarakter daşıdığını deyib.

A.Ələkbərov bildirib ki, Səmərqənd Sammitində Prezident İlham Əliyevin fəxri qonaq statusunda iştirakı Azərbaycanın ŞƏT ilə əməkdaşlığı daha yüksək səviyyəyə qaldırmasında maraqlı olduğunu göstərir. O, Azərbaycanın təşkilat yanında statusunun dialoq üzrə tərəfdaş səviyyəsindən müşahidəçi səviyyəsinə yüksəldilməsi ilə bağlı müvafiq müraciət ünvanladığını xatırladıb, Azərbaycanın ŞƏT yanında müşahidəçi statusu əldə etməsi ilə sözügedən təşkilatın fəaliyyətinə daha böyük töhfə verə biləcəyinə inamını ifadə edib.

Görüşdə 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan olunduğu vurğulanıb və il ərzində Azərbaycanda, eləcə də xaricdə Ümummilli Liderin anadan olmasının 100 illiyi ilə bağlı müxtəlif tədbirlərin keçiriləcəyi diqqətə çatdırıb.

Azərbaycanın təşkilatın müşahidəçi statusunu almaq üçün müraciətinin hazırda üzv dövlətlər tərəfindən baxıldığını bildirən Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Can Min müraciətin müsbət nəticələnəcəyinə ümidvar olduğunu bildirib. O, təmsil etdiyi təşkilatın tarixi və fəaliyyəti haqqında məlumat verib.

Söhbət zamanı Azərbaycan ilə ŞƏT arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb.




Baxış sayı: 238
"Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik Bu gün, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki Bu gün, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb Bu gün, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub Bu gün, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət Bu gün, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Dünən, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Dünən, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Dünən, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Dünən, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Dünən, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Dünən, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Dünən, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Dünən, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Dünən, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Dünən, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir 5-11-2026, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib 5-11-2026, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram 5-11-2026, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30