FACT-INFO.AZ » AKTUAL » “Açılış mərasimində yaşananlar idmançılarımızda psixoloji ruh düşkünlüyü yaratdı”
16-04-2023, 09:10 | AKTUAL
“Açılış mərasimində yaşananlar idmançılarımızda psixoloji ruh düşkünlüyü yaratdı”

Fact-info.az xəbər verir ki, bunu Azərbaycan Ağır Atletika Federasiyasının baş katibi Rizvan Rəsulov Ermənistanın paytaxtı İrəvanda keçirilən Avropa çempionatı zamanı baş vermiş təxribata münasibət bildirərkən deyib.

Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlama verən federasiya rəsmisi Ermənistan tərəfinin onların orada qalmaları üçün maneələr yaratdığını söyləyib: “Bayrağımız yandırıldığı zaman həmin dəqiqə oranı tərk etmək istədik, lakin alınmadı. Yarışın təhlükəsizliyinə cavabdeh olan Ermənistanın yüksək vəzifəli şəxsləri qalmağımızı istədilər. Oteldən çıxmağımızı əngəlləmək fikrində idilər ki, gecikmələr olsun. Buna müəyyən qədər nail oldular”.

Onun sözlərinə görə, komanda qitə birinciliyində çıxış etsəydi, daha ciddi problemlər yarana bilərdi: “Bu, Yay Olimpiya Oyunlarına lisenziya xarakterli ikinci təsnifat yarışı idi. Komandamızın əsas məqsədi həmin turnirdə layiqincə iştirak etmək və təsnifat xalları qazanmaq idi. Bu, ciddi hadisələrin baş verəcəyindən xəbər verirdi. Biz də etirazımızı bildirdik və çıxış etməyəcəyimizi dedik. Çünki yarışın keçirildiyi məkan böyük idman qurğusu idi. Bayrağın yandırılması bu siqnalların startı idi. Biz qorxmadıq. Sadəcə, tamamilə yarışa kökləndiyimiz bir anda bu hadisə yaşandı və uşaqların təhlükəsizliyinə artıq əmin deyildik”.

Baş katib Ermənistana yollanmazdan əvvəl təşkilatçı ölkənin iki təminata qol çəkdiyini, lakin buna əməl etmədiyini vurğulayıb: “İki təminat olmuşdu. Birincisi, digər ölkələrlə eyni təminat idi. Ancaq biz bununla kifayətlənmədik. Xüsusi qeydlər apardıq, ona uyğun olaraq paraqraflar üzrə təminatları üzərlərinə götürmələrini istədik. Ancaq bütün bu təminat kağız üzərində verildi. Bayrağın yandırılması idmançıların çıxışı zamanı başqa fəsadların yaşanmasına gətirib çıxara bilərdi”.

Rizvan Rəsulov əlavə edib ki, hadisədən sonra Azərbaycan Prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva məsələni diqqətdə saxlayıblar: “Eyni zamanda, xalqımızın da böyük dəstəyini hiss etdik. Hadisə ilə bağlı Avropa Ağır Atletika Federasiyasına, Beynəlxalq Ağır Atletika Federasiyasına etirazımızı bildirdik. Əbəttə ki, hamı idmançıları medallarla qarşılamaq istəyərdi”.

Azərbaycan Ağır Atletika Federasiyasının nümayəndəsi erməniləri köhnə düşüncədə olan geridəqalmış adlandırıb: “Görünür, inkişaf etmək istəmirlər. Özlərini qafqazda fərqli millət hesab edirlər. Bəli, fərqli millət kimi formalaşıblar, ancaq mənfi mənada. Barbar hərəkətlər edirlər. Qafqazda bu dərəcədə kinli başqa xalq yoxdur. Bütün sahələrdə özündən qat-qat güclü olan dövlətə qarşı bu hərəkət yolverilməzdir”.

Qeyd edək ki, Avropa çempionatının aprelin 14-də keçirilən açılış mərasimində Azərbaycan bayrağı yandırıldığından, Azərbaycan millisi yarışdan imtina edib.




Baxış sayı: 246
"Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik Bu gün, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki Bu gün, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb Bu gün, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub Bu gün, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət Bu gün, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Dünən, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Dünən, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Dünən, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Dünən, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Dünən, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Dünən, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Dünən, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Dünən, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Dünən, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Dünən, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir 5-11-2026, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib 5-11-2026, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram 5-11-2026, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30