FACT-INFO.AZ » SİYASƏT » İsrailli sabiq nazir: Yəhudi olmağın təhlükəsiz olduğu yeganə məkan Azərbaycandır
6-04-2023, 20:15 | SİYASƏT
İsrailli sabiq nazir: Yəhudi olmağın təhlükəsiz olduğu yeganə məkan Azərbaycandır

Fact-info.az xəbər verir ki, İsrailin sabiq rabitə, peyk və kibertəhlükəsizlik naziri, İqtisadi Sülh Mərkəzinin prezidenti, tanınmış siyasətçi və politoloq Ayub Karanın qələmə aldığı məqalədə Anti-Diffamasiya Liqasına istinadən bildirilir ki, ABŞ-də antisemitizm bütün zamanların ən yüksək həddinə çatıb. Antisemitizm təzahürləri əvvəlki ilə nisbətən 36 faiz artıb, eləcə də Avropada və əksər müsəlman ölkələrində vəziyyət daha kirtikdir.

Qeyd olunub ki, antisemit mövqeli ruhanilərin moizələri, antisemit xarakterli kitablar və televiziya verilişləri, sosial mediada antisemit bəyanatlarla müşayiət olunan məqalələr yəhudilərə qarşı zorakılıqlara səbəb olur. Beyt-Ummarda üç İsrail əsgərinin yaralandığı son terror aktı, İranın Afinada israilliləri hədəfləyən və qarşısı alınmış hücum planı, Huvar və Təl-Əvivdə daha əvvəl baş vermiş hücumlar yaxın zamana aid misallardır. Eyni zamanda, vurğulanıb ki, Qərbdə antisemitizmin təlqini ABŞ-də Pittsburq, Kaliforniya və Texasdakı sinaqoqlara hücumlar, Almaniyada da sinaqoqlara basqınlar, Fransada dinc yəhudilərin qətli ilə nəticələnib. Bu cür təlqinlərin təkcə Yaxın Şərqdəki radikal islamçı dünya ilə məhdudlaşmadığını vurğulayan müəllif antisemit təbliğatının Qərbdəki radikal müsəlmanlar, ifrat sağçı neonasistlər və ifrat solçular arasında yayıldığını, bu tendensiyanın bütün dünyada yəhudilər üçün təhlükəli vəziyyət yaratdığını diqqətə çatdırıb.

Qeyd olunanlar fonunda sabiq nazir dünyada yəhudi olmağın təhlükəsiz olduğu yeganə məkan kimi Azərbaycanı qeyd edib. O, gecələr sinaqoqların açıq qaldığı yeganə ölkə olan Azərbaycanı dünyada dindar yəhudilərin təqib qorxusu olmadan dini geyimdə küçələrdə sərbəst gəzə bildikləri nadir yer kimi səciyyələndirib. Müəllifin fikrincə, çoxları inanmaqda çətinlik çəkə bilər ki, Azərbaycan dünyada yəhudilərin tam azadlıqda yaşadığı nadir yerlərdən biridir, yəhudilər burada növbəti terror aktı və ya antisemitizm təzahürü qorxusu ilə yaşamağa məhkum deyillər. Sabiq nazir Azərbaycanda olarkən ravvin Zamir İsayevlə görüşdüyünü və sonuncunun antisemitizmin Azərbaycan mədəniyyətinə yad olmasına dair səsləndiridiyi fikirlərdən təsirləndiyini də qeyd edib.

İsrailli politoloqun qənaətincə, antisemitizmin kökünü kəsmək üçün digər ölkələr Azərbaycandan uğurlu multikultural cəmiyyət qurmağın modelini öyrənməlidir. Belə ki, məhz Azərbaycan antisemitizmin olmadığı, insanların Pasxa, Novruz və digər bayramları bir yerdə qeyd etdikləri cəmiyyət yaratmağa müvəffəq olub.




Baxış sayı: 183
Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq Bu gün, 12:00 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub Bu gün, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir Bu gün, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb Bu gün, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031