Gəncə Şəhər İcra Hakimiyyətindən bildirilib ki, bir sıra tarixi mənbələrə əsasən, körpü 1843-cü ildə inşa edilib. Layihəsi çar ordusunun hərbi mühəndisi, “poruçik” A.Q.Çartenskiyə məxsusdur. Həmçinin Qafqazda tikilən ilk dəmir və metal konstruksiyalı körpü hesab olunur. Bəzi iddialar görə, tikili Şah Abbas tərəfindən salınan qədim körpünün yerində inşa edilib.
Körpü uzun illər şəhərin müsəlman və xristian əhalisi arasında da keçid rolunu oynayıb. Belə ki, 1804-cü ildə Gəncə Çar Rusiyası tərəfindən işğal olunduqdan sonra şəhərə köçürülən ermənilər çayın sağ sahilində - indi əhali arasında “ikinci hissə” kimi tanınan ərazidə məskunlaşıblar. 1920-ci ildə Azərbaycan bolşeviklərin istilasına məruz qaldıqda, Gəncənin yerli müsəlman əhalisi yadelli işğalına qarşı mübarizəyə qalxır. Fürsətdən istifadə edən ermənilər körpünün yuxarısından şəhərə girməyə cəhd ediblər. Körpünün üzərində qanlı döyüşlər gedib.
Sözügedən tarixi hadisələr Qurban Səidin “Əli və Nino” əsərində də öz əksini tapıb. Əsərin baş qəhrəmanı Əlixan Şirvanşirin düşmənlə son döyüşü məhz burada olub.
Baxış sayı: 919
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

