FACT-INFO.AZ » XƏBƏR » Avropalı ekspert dünya ictimaiyyətini Metsamor AES-in təhlükəsinə qarşı ciddi addımlar atmağa çağırır
20-05-2016, 09:20 | XƏBƏR
Avropalı ekspert dünya ictimaiyyətini Metsamor AES-in təhlükəsinə qarşı ciddi addımlar atmağa çağırır

Təhlükəsizlik məsələləri üzrə ekspert Petra Poseganın müəllifi olduğu məqalədə bəşəriyyətin təhlükəsizliyi üçün bir çox risklərin mövcud olduğu müasir dövrdə nüvə silahı istehsal etmək üçün müvafiq materiallara sahib ölkələrin qarşısını almağın vacibliyi vurğulanır. Qeyd olunur ki, bu cür addımların atılması Cənubi Qafqaz kimi münaqişəli ərazilərdə daha çox mühümdür. On illərdir ki, davam edən və həll edilə bilməyən münaqişəyə nüvə silahı amilinin əlavə edilməsi regiondakı sülh və sabitliyi tamamilə poza bilər. Buna görə də Ermənistanın nüvə gücünə malik olmasına qarşı daha ciddi addımlar atılmalıdır.

Yazıda, həmçinin Vyanada yerləşən Beynəlxalq Atom Enerjisi Agentliyinin (İAEA) hesabatına istinad edilərək bildirilir ki, Ermənistan nüvə və digər radioaktiv materialların qanunsuz ticarətinə görə ilk yerlərdədir. 1999-cu ildən bəri bu ölkədə bir neçə ciddi hadisə baş verib. Son vaxtlar baş verən hadisələr isə birbaşa Ermənistandan keçən nüvə qaçaqmalçılığı marşrutunun olduğunu deməyə əsas verir. Ermənistan vətəndaşları Gürcüstanda nüvə qaçaqmalçılığına görə saxlanılıb. Dəlillər göstərir ki, qaçaqmalçılıq zamanı daşınan nüvə maddələri nüvə silahının hazırlanmasında istifadə olunur. Nüvə silahlarının həddindən artıq təhlükəli olması bu faktlara ciddi yanaşma tələb edir.

Müəllif yazır ki, aprel ayında Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan ölkəsinin nüvə silahına malik olduğunu və bunu daha da inkişaf etdirməyə qadir olduğunu deməklə dünya ictimaiyyətini xeyli təəccübləndirdi. Ekspertin fikrincə, Ermənistanın bu silaha malik olmasının yeganə səbəbi Türkiyə və Azərbaycan kimi ölkələri təhdid etməkdir.

Müəllif son dövrlərdə Cənubi Qafqazda yüksək dərəcədə radioaktiv maddə olan Uran 238-in qaçaqmalçılıq yolu ilə satılması kimi halların aşkarlandığını qeyd edir. O, bu halların daha çox Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində və Gürcüstanın Cənubi Osetiya ərazisində baş verməsinin daha böyük təhlükə yaratdığını vurğulayır.

Yazıda, həmçinin Ermənistanda fəaliyyət göstərən Metsamor AES-in istifadə müddətinin bitdiyi, stansiyanın işinə nəzarət edə və sistemdə baş verə biləcək nöqsanları aradan qaldıracaq təhlükəsizlik mexanizminin mövcud olmadığı diqqətə çatdırılır. Bu yaxınlarda 30 illiyi qeyd edilən Çernobıl faciəsinin nümunə göstərildiyi məqalədə Metsamor AES-in də region üçün eyni təhlükəni yaratdığı qeyd olunur. Müəllif yazır ki, istifadə müddəti bitmiş Metsamor kimi sistemlər ya təmir edilənə və müvafiq təhlükəsizlik standartları tətbiq olunana qədər bağlanmalı, ya da lazımi hüquqi tələblərə cavab vermirsə tamamilə ləğv edilməlidir.

Qeyd edilir ki, Metsamor AES-in yerləşdiyi ərazi olduqca seysmik zonadır. Yəni, təkcə vaxtı keçmiş sistem və texnologiya deyil, həm də baş verə biləcək təbii fəlakət ciddi təhlükə yara bilər. Erməni rəsmiləri əhalini qorumalı və nüvə faciəsinin baş verməsinə şərait yaratmamalıdırlar. Amma əksinə, onlar özləri üçün təhlükə yarada biləcək stansiyanın işini davam etdirirlər. Metsamor AES Asiya, Yaxın Şərq və Avropadakı milyonlarla insanın təhlükəsizliyi üçün ciddi təhdid hesab edilməli və ləğv edilməlidir.(AZƏRTAC)

 

 




Baxış sayı: 1 926
Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir 5-11-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30