FACT-INFO.AZ » CƏMİYYƏT » Güclü dövlət konsepti: Azərbaycan modelinin səmərəliliyi
13-05-2016, 10:30 | CƏMİYYƏT
Güclü dövlət konsepti: Azərbaycan modelinin səmərəliliyi

Onlar güclü dövlət olmadan demokratik cəmiyyət formalaşdırmağın imkansızlığına vurğu edirlər. Lakin keçən əsrin 90-cı illərində Qərb ideoloqlarının təsiri altında alimlər daha çox liberal dəyərlərin dominantlığından bəhs edirdilər. Həmin çətin mərhələdə ulu öndər Heydər Əliyev Azərbaycan üçün güclü dövlət quruculuğu kursunu müəyyənləşdirdi və həyata keçirməyə başladı. Ötən müddət göstərdi ki, məhz bu model postsovet məkanında ən səmərəli modeldir. Dünyanın tanınmış alimləri də əsərlərində güclü dövlətin zəruriliyini vurğulamaqdadırlar. Onların sırasında Frensis Fukuyama və Andrey Sıqankov kimi təfəkkür sahibləri də vardır. Biz müasir alimlərin irəli sürdüyü tezislər müstəvisində Azərbaycanda həyata keçirilən güclü dövlət quruculuğunun bir sıra aspektlərinə nəzər salmaq istərdik.

Dövlət quruculuğu: milli təcrübə, dünya sistemi və "rəngli inqilablar"

XX əsrin 90-cı illərində Sovet İttifaqının dağılmasından sonra müstəqilliyini əldə etmiş ölkələrin hansı dövlət quruculuğu kursunu seçməsi ilə bağlı geniş diskussiyalar başladı. Qərbin təsiri ilə əksər respublikalarda liberal demokratiya ideyaları tüğyan edirdi. Bunun fonunda dövlət quruculuğu daha çox liberal dəyərlərin dominantlığını təmin etməklə əlaqələndirilirdi. Bu zaman ölkədə nizam-intizamı, hüququn aliliyini, təhlükəsiz və firavan həyatı təmin edə biləcək dövlət strukturlarının yaradılması məsələsi sanki arxa plana atılırdı. Həmin dövrdə Heydər Əliyev güclü dövlət konsepsiyasını Azərbaycanda reallaşdırmaqla nə qədər uzaqgörən dövlət xadimi olduğunu sübut etdi. Bunun məhz bu günlər postsovet məkanı ilə yanaşı, dünyanın müxtəlif regionlarında baş verən hadisələr də təsdiqləyir.

Bəli, Ulu Öndərin keçən əsrin 90-cı illərinin çox qarışıq bir vaxtında seçdiyi yolun doğruluğunu təcrübə təsdiqlədi. 2004-cü ildə Frensis Fukuyama yeni kitabının girişində yazırdı: "Bu kitabda mən göstərirəm ki, güclü dövlət quruculuğu müasir dünyanın ən vacib problemlərindən biridir, çünki dövlətin zəifliyi və dağılması dünyanın ən ciddi problemlərinin mənbəyidir..." (bax: Fukuyama F. State-Building: Governance and World Order in the 21st Century. Cornell University Press, 2004, s.5).

San-Fransisko Universitetinin siyasi elmlər və beynəlxalq münasibətlər üzrə professoru Andrey Sıqankov isə 2015-ci ildə yazdığı "Güclü dövlət: XXI əsrdə nəzəriyyə və praktika" adlı məqaləsində vurğulayır: "2008-ci ilin ikinci yarısından dünya yeni inkişaf zolağına çıxdı... Yeni keçid dövrünün istiqamətləri və nəticələri hələ aydın deyil... Qeyri-sabitliyin artması tendensiyası əksər dövlətləri yeni çağırışlar qarşısında son dərəcə həssas hala gətirir" (bax: Цыганков А.П. Сильное государство: теория и практика в XXI веке/Россия в глобальной политике. 2015. Т.13, №3 Май/Июнь. С. 8-18).

Professor bunlardan çox maraqlı bir nəticə çıxarır. O, fikirlərinə davam edərək yazır: "Effektiv dövlətin parametrləri və vəzifələrini yenidən müəyyənləşdirmək zərurəti artır. İnkişafa yalnız milli təcrübəyə və ölkənin dünya sistemindəki yerinə uyğun gələn imkanlarını düzgün müəyyənləşdirənlər qabil olacaqlar. Digərləri isə, "rəngli inqilablar" təcrübəsi göstərir ki, dağılacaqlar və ya dağılma ilə zəifliyin sərhədində tarazlığı saxlamağa çalışacaqlar" (bax: əvvəlki mənbəyə).

Burada alimin bir neçə məqama vurğu etdiyini qeyd etmək istərdik. Birincisi, ümumiyyətlə, dünya boyunca dövlətçiliyə yeni çağırışlar meydana gəlib və onları bütövlükdə təhdidlər kimi xarakterizə etmək olar. İkincisi, bu şəraitdə yalnız:

• milli təcrübə əsasında dövlətin imkanlarını düzgün müəyyənləşdirə bilən;

• ölkənin müasir dünya sistemindəki yerini və rolunu obyektiv qiymətləndirən;

• "rəngli inqilablar"dan uzaq duran ölkələrdə dövlət öz funksiyasını yerinə yetirə biləcək.

Deməli, müstəqilliyinə çatmış ölkələr dövlətçilik aspektində, faktiki olaraq, indi iki düşərgəyə bölünüblər. Onların bir qrupu güclü dövlət quruculuğunu həyata keçirərək sabitliyə və inkişafa nail olublar. Digərləri isə "rəngli inqilablar"ın təsiri altına düşərək xaosla nizamlılığın sərhədində tərəddüd edirlər. İkincilərin müstəqil dövlətçilik kursunun baş tutub-tutmayacağı aydın deyil.

Heydər Əliyevin güclü dövlət kursu: elmi qənaətlərin işığında

Bu fikirlərin işığında Azərbaycanın dövlət quruculuğu prosesində məhz birinci qrupda olduğu tam aydın görünür. Hətta cəsarətlə demək olar ki, postsovet məkanında Heydər Əliyevin hazırladığı kurs daha effektivdir. Rusiya Federasiyası belə Azərbaycan kimi səmərəli dövlət quruculuğu apara bilməyib. Doğrudur, Rusiya başqasının əsarəti altında olmayıb və o, dünyanın ən böyük dövlətlərindəndir.

Bu faktı inkar etmək olmaz. Eyni zamanda, məhz bu səbəbdən, Rusiya Sovet İttifaqı dağılandan sonra seçdiyi birmənalı qiymətləndirilməyən dövlət quruculuğu yolundan çəkinərək, Azərbaycanda tətbiq olunan güclü dövlət kursuna uyğun xətti seçdi. Və məhz ondan sonra Rusiyada dövlətçilik gücləndi. Konkret desək, müəyyən mənada Moskva Bakıdan nümunə götürdü. Sirr deyil ki, Heydər Əliyevin dövlət quruculuğu konsepsiyasına Kreml dəfələrlə yüksək qiymət verib.

Belə çıxır ki, Qərbin tanınmış alimlərinin belə etiraf etdiyi güclü dövlət konsepti XXI əsrin ən səmərəli modelidir. Bunu indi dərk edənlər Heydər Əliyevin hələ 23 il əvvəl hazırlayıb həyata keçirdiyi siyasətin əhəmiyyətini unutmasınlar. Azərbaycan dövlətinin bu gün əldə etdiyi uğurların təməlində məhz bu məqam dayanır. A.Sıqankovun yuxarıda vurğuladığımız şərtləri aspektində həmin tezisin doğruluğunu sübut edə bilərik.

Heydər Əliyev lap başlanğıcdan xüsusi qeyd edirdi ki, dünyanın inkişaf etmiş ölkələrinin dövlət quruculuğu təcrübəsi öyrənilməlidir, lakin Azərbaycan üçün bu sahədəki milli təcrübə əsasdır. Ulu Öndər milli dövlətçilik tarixini olduqca gözəl bildiyindən onun əsasında dövlət quruculuğunun istiqamətini müəyyənləşdirdi. O cümlədən Azərbaycan Xalq Cümhuriyyətinin təcrübəsini mütləq surətdə nəzərə aldı. Şərqin ilk demokratik respublikasının hansı səbəblərdən uzun müddət yaşaya bilmədiyinin bütün səbəblərini analiz edərək, müasir şəraitə uyğun xətt müəyyənləşdirdi.

Heydər Əliyevin dövlət quruculuğu konsepsiyasının çox mühüm cəhətini milli təcrübə əsasında dövlətin imkanlarının düzgün müəyyənləşdirilməsi təşkil edir. Özü də bunu Azərbaycan, ölkə üçün olduqca qeyri-müəyyən və mürəkkəb olan bir vəziyyətdə də həyata keçirə bilir. Xatırlayaq ki, 90-cı illərin əvvəllərində dünyanın böyük dövlətlərinin ölkəmizə münasibəti, açıq desək, dostcasına deyildi.

Onların münasibətini müsbətə doğru dəyişmək üçün diplomatik ustalıqla yanaşı, qlobal sistemin obyektiv gerçəkliklərini də nəzərə almaq lazım idi. Bunun üçün düzgün strateji-siyasi, iqtisadi, hərbi və mədəni addımları ardıcıl atmaq gərək idi.

Bizlər xatırlayırıq ki, həmin dövrdə Heydər Əliyev böyük səbir və peşəkarlıqla həm Qərbin böyük dövlətlərinə Azərbaycan həqiqətlərini anladırdı, həm də Rusiyanın dövlətçiliyimizə olan münasibətini pozitiv istiqamətdə dəyişirdi. Bunları reallaşdırmaq üçün isə Azərbaycanın müstəqil dövlət kimi dünya sistemindəki yeri və rolunu obyektiv qiymətləndirmək lazım idi. Təcrübə göstərdi ki, dünyanın böyük dövlətlərinin liderlərinin belə anlamaqda çətinlik çəkdikləri bu həqiqətləri Heydər Əliyev tədricən sübuta yetirməklə, onların mövqeyini tamamilə dəyişdi. Azərbaycan dövlətçiliyi tarixin sınağından uğurla çıxaraq, bütün çətinliklərə qalib gəldi.

Nəhayət, "rəngli inqilablar"ın yolunu Ulu Öndər əvvəlcədən kəsmişdi. Bunu Heydər Əliyev sosial-iqtisadi islahatları, enerji siyasətini qətiyyətlə həyata keçirməklə etdi. Eyni zamanda, regionun geosiyasi mənzərəsini dəyişən addımlar da atdı. Sui-qəsdlərə, bir sıra dairələrin təxribatçı əməllərinə sinə gərərək dövləti maraqlara uyğun gələn layihələri reallaşdırdı. Həmin sırada çox mühüm əhəmiyyət kəsb edən məqam isə informasiya təhlükəsizliyinin dövlət quruculuğu fəlsəfəsində yerini və rolunu dəqiq müəyyənləşdirməkdən ibarət idi.

Bu, strateji aspektdə olduqca vacib faktordur. Çünki bu sahənin mütəxəssisləri həmişə qeyd edirlər ki, informasiya vasitəsi ilə dövlətləri və cəmiyyətləri dağıtmaq mümkündür. Zatən indi də bu istiqamətdə bir sıra dövlətlərin fəaliyyətini çoxları görür. Təsadüfi deyil ki, Çinin dövlət başçısı Si Szinpin ABŞ-a məhz informasiya sahəsindəki savaşı müzakirə etmək üçün səfər edir (bax: Си Цзиньпин попытался в США успокоить политиков и бизнесменов/"Лента.Ру", 23 сентября 2015). Belə çıxır ki, dünyanın ən güclü dövlətləri üçün belə informasiya təhlükəsizliyi strateji önəm kəsb edir.

Mütəxəssislər bütövlükdə qlobal miqyasda informasiyanın rolunun yüksəlməsini vurğulayırlar. Onlar hesab edirlər ki, müasir mərhələdə informasiya vasitəsi ilə "insanların şüurunu manipulyasiya edirlər" (bax: Кара-Мурза С.Г. Манипуляция сознанием. М.: ЭКСМО-Пресс, 2002. 832 с.). Yəni, onların psixologiyasına elə təsir edirlər ki, insanlar yalanı həqiqət kimi qəbul edirlər. Bu əsasda vətəndaş hətta öz dövlətinə və millətinə belə qarşı çıxa bilir.

Bu reallıqlar Heydər Əliyevin dövlət quruculuğunda informasiya təhlükəsizliyinin təmininə verdiyi önəmin strateji əhəmiyyətini təsdiqləyir. Azərbaycanda güclü dövlət quruculuğunun həyata keçirilməsi çox doğru seçim idi. Bu əsasda ölkədə demokratiyanı da, vətəndaş cəmiyyətinin formalaşdırılmasını da uğurla başa çatdırmaq mümkündür.

Newtimes.az

 

 




Baxış sayı: 1 845
“Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031